Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq

 

“Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq

Bu gün Nəsimi rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə AR CM-nin 152.1-ci maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə) təqsirləndirilən şəxs Nəriman Əhmədovun (Ambasador oteli idarə edən Asif Əhmədovun oğlu) cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib. 

Yenixeber.org: Zərərçəkmiş azyaşlının qanini nümayəndəsi təqsirləndirilən şəxsin məhkəmədəki vəsatətlərinə dair münasibət bildirib. O qeyd edib ki, Nəriman Əhmədov təqsirləndirildiyi əməlinin böyük ictimai təhlükəli olmaması, ciddi qanun pozuntusu sayılmaması (və s. digər  hallarla əlaqələndirilməklə) ilə əlaqədar barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv edilməsinə dair vəsatət verib. 

Nəriman Əhmədovun bu vəsatəti, habelə məhkəmə prosesi gedişində azadlıqda sərbəst gəzməsi üçün onun barəsində ev dustaqlığının verilməsi ilə bağlı istəyi məhkəmə tərəfindən rədd olunub.

Zərərçəkən azyaşlının qanuni nümayəndəsi  növbəti məhkəmə baxışı zamanı ekspertiza ilə bağlı saxtakarlıqlara dair vəsatət verəcəyini də qeyd edib. O bildirib ki, Azərbaycanda keçirilən (alternativ ekspertiza qutumu olmayan) ekspertiza övladının bakirə olması barədə rəy verdiyi halda xarici dövlətin müvafiq qurumu bakirəliyin pozulması barədə rəy verib. 

O bundan başqa ölkəmizdəki bir çox tibb müəssisələrində peşəkar həkim müayinələrində olarkən də xarici ölkənin rəyi ilə eyni (bakirəliyin pozulması ilə bağlı) fikirin ona deyildiyini xüsusi vurğulayıb. 

Lakin o təəssüf etdiyini bildirib ki, Azərbaycanda heç bir özəl quruma bu kimi məsələlərə dair rəy vermək səlahiyyəti verilməyib, bu səlahiyyətlər eyni qurumun ixtiyarına buraxılıb. O, hesab edir ki, həmin qurumun rəyi saxtadır və bu saxtakarlıqda təqsirli olan bütün şəxslər mütləq cəzalanmalıdırlar.

Zərərçəkmiş azyaşlının hüquqlarını müdafiə edən vəkil Elnur Nəcəfov qeyd edib ki, hazırlıq iclasında məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin edilib, məhkəmə baxışı 05.07.2019-cu il tarixə təyin olunub. Elnur Nəcəfov bu kimi cinayətlərin bütün hallarda az təhlükəli əməl hesab edilməsini, bu kimi əməlləri törətmiş şəxslərin istintaq zamanı azadlıqda qalmaq istəklərini isə əsassız hesab edib. 

Nəriman Əhmədov tərəfindən cinayətlərin izlərinin itirilməsinə yönələn çoxsaylı cəhdlərin olması ilə bağlı zərərçəkmişin qanuni nümayəndəsinin fikirləri ilə bağlı vəkil bildirib ki, Nəriman Əhmədov tərəfindən bu kimi halların edilməsini ehtiva edə bilən araşdırılıb və həmçinin araşdırılacaq çoxsaylı fakrlar var. Yekunda işin digər halları ilə yanaşı onlara da məhkəmə tərəfindən hüquqi qiymət veriləcək. 

Ekspertiza ilə bağlı müvəkkilinin fikirlərini isə konfidensiallıq nöqteyi-nəzərindən şərh etmədən bildirib ki, növbəti məhkəmə prosesində həmin ekspertizalarla bağlı müvafiq vəsatətini məhkəməyə təqdim edəcək.

Xatırladaq ki, sözügedən hadisə ötən ilin noyabrında baş verib. “Ambassador” otelin marketinq üzrə meneceri Əhmədov Nəriman Asif oğlu işlədiyi  otelin otağında ilk dəfə 09 noyabr 2018-ci il tarixində yetkinlik yaşına çatmayan azyaşlı qızı zorlayıb. İddiaya görə, həmin şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan zaman videoçəkiliş də aparıb. Hadisə ilə bağlı zərərçəkmiş şəxsin atası Bakı Şəhər Prokurorluğuna müraciət etdikdən sonra Cinayət Məcəlləsinin 152.1 maddəsi ilə cinayət işi açılıb.(yenisabah) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam