Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İki ildi axtarışda olan şəxslər-Xızı polisi tərəfindən saxladılar

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayonu Şurabad qəsəbəsi ərazisində törətdiyi cinayət hadisələrinə görə 2018-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - bu maddə də nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini Ağabala Səlimov yaşadığı şəhər ərazisində tutularaq RPŞ-nə gətirilib.

Ağabala Səlimov ətrafında həyata keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində onun qeyd olunan hadisəni qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyi məlum olub. Polis əməkdaşları tərəfindən S.Rzayev və F.Tağıyev də yaşadıqları Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xızı RPŞ-nin İstintaq Qrupuna təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ağabala Səlimov qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq 2018-ci ilin iyul ayının 10-da Xızı rayonunun Şurabad qəsəbəsinə gələrək burada əvvəllərdən ədavəti olduğu Orxan Bayramovla mübahisə ediblər. Mübahisə nəticəsində həmin şəxslər Orxan Bayramova və tanışı Elbrus Atakişiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam