Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şamaxıda sahibkarlardan pul yığılır

 

Vergi rəisiylə icra başçısının iş adamlarından 400-20 min manat pul tələb etdiyi iddia olunur 

Şamaxıda yerli sahibkarlardan vergi və müxtəlif fondlara köçürmələr adı altında kütləvi şəkitldə pul yığılır.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə JAM.AZ-a rayondakı iş adamları məlumat veriblər. 

Onlar bildiriblər ki, Şamaxının icra başçısı Asif Ağayevin tələb etdiyi pul hansısa fondlara və təşkilatlara köçürmək üçün nəzərdə tutulub. Və tələb olunan məbləğin vergi işçilərinə verilməsi istənilir. Eyni zamanda, Regional Vergi İdarəsinin rəisi də indidən illik vergini toplamağa başlayıb və bu rəqəm obyektlərin böyük və kiçikliyindən asılı olaraq, 400 manatdan başlayıb, 20 min manata qədər yüksəlir. 

Sahibkarlar deyirlər ki, ilboyu qazandıqlarının bu şəkildə əllərindən alınmasından beziblər. Məsələ ilə bağlı dövlət başçısına müraciət edən şamaxılı iş adamları kömək istəyirlər. Onlar bildirirlər ki, artıq bu şəkildə fəaliyyət göstərə bilmirlər. 

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam