Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısının «xərac» sistemi

 

Mübariz Ağayev «Avropa Oyunları» üçün məmurlardan pul toplayır

 

"Xeberinfo.com":  Göyçaydan AzFakt.com-a daxil olan məlumata görə rayona yeni təyin olunmuş icra başçısı Mübariz Ağayev məmurlardan Bakıda keçiriləcək «Avropa Oyunları» üçün pul toplamağa başlayıb. 
Daxil olan şikayətə əsasən icra başçısı 25 kənd icra nümayəndəsinin hər birindən 3 min manat, rayon Təhsil şöbəsi müdirindən 10 min, mədəniyyət və Turizm İdarəsi müdirindən 10 min, Maliyyə İdarəsinin müdirindən 15 min, Yol İstismar İdarəsinin müdirindən 10 min, Suvarma Sistemləri İdarəsi müdirndən 10 min, rayon Mərkəzi Xəstəxanasının baş həkimindən 10 min, rayon Gənclər və İdman idarəsinin müdirindən 5 min, Komunnal Təəsrrüfat İdarəsi müdirindən 3 min, Göyçay şəhər icra nümayəndəsindən 10 min, ümumilikdə isə 160 min manatdan ariıq vəsait yığıb. 
AzFakt.com-a daxil olan məlumatda qeyd olunur ki, Mübariz Ağayev bəzi bələdiyyə sədrlərindən də müəyyən məbləğdə pul alıb. Bundan başqa, iddiaya əsasən Mübariz Ağayev fevral ayında rayondakı sahibkarlarla görüş keçirdikdən sonra köməkçisi vasitəsi ilə onların hər birindən 1000 manatdan 5 min manata qədər vəsait yığdırıb. Başçı köməkçisi açıq aşkar sahibkarlara deyib ki,  «Mübariz müəllim Göyçayı abadlaşdırmağa, düzəltməyə gəlib və buna görə də sahibkarlar başçıya maddi kömək göstərməlidirlər. Başçının köməkçisinin rayon mərkəzini küçə-küçə sahibkarlar arasında «bölüşdürdüyü» bildirilir. Hər bir sahibkar öz payına düşən «sektorun» abalaşdırılması xərclərini ödəməlidir. Əks təqdirdə həmin sahibkarların ərazidə çalışmasının mümkün olmayacağı bildirilib. İcra başçısının köməkçisi sahibkarlara açıq şəkildə deyib ki, kim işləmək istəyirsə, rayonun abadlığı üçün başlatılan işlərdə “fəal” iştirak etməlidir.
Artıq rayon mərkəzində boş qalan torpaq sahələrinin bir qisminin icra başçısı tərəfindən bir neçə sahibkara satıldığı qeyd olunur. 
Adının çəkilməsini istəməyən sahibkar iddia edir ki, Mübariz Ağayev rayonda aparılacaq olan abadlıq işlərinin əsas hissəsini məmurların və güclə dolanışıqlarını çıxaran sahibkarların üzərinə qoymala,  dövlət büdcəsindən gələcəkdə ayrılacaq külli miqdarda vəsaiti nəğd şəkildə cibinə mənimsəmək istəyir. 
Buna baxmayvaraq ən maraqlı məqam icra başçısının Bakıda keçiriləcək Avropa Olimpiadası adı alıtnda məmurlardan hesab yığmasıdır. Şikayətçi tərəf sual edir ki, ölkə prezidenti cənab İlham Əliyev Avropa Olimpiya oyunlarının keçirilməsi üçün büdcədən kifayət qədər vəsait ayırdığı halda Mübariz Ağayev hansı adla bu vəsaiti yığıb? 
Şikayətçilərin fikrincə əslində məsələ heç də Mübariz Ağayevin təqdim etdiyi kimi deyil.  Çünki dövlətimiz olimpiadanı keçirtmək üçün kifayət qədər vəsaiti var. Mübariz Ağayev kimi məmur bundan istifadə dərək fürsətdi deyərək cibini doldurmağa çalışır.
Yazıda səslənən iddialara bağlı Göyçay İcra Hakimiyyətinin mövqeymni dərc etməyə hazırıq.
AzFakt.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam