Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarlı yolda polis hər zaman köməyə çatır

  Qubaya gələn qonaqlar öz minnətdarlıqlarını bildirirlər.

 Yenixeber.org: Qarın yağması və istirahətə gələn qonaqları artması ilə əlaqədar şimal rayonlarında polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Ötən gündən yağmağa başlayan güclü qar nəticəsində Quba rayonuna gələn turistlərin sayı da artıb. Hərəkətin intensiv olduğu yollarda sakinlərin və gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.

Belə ki, Quba RPŞ-nin DYB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bundan əlavə, RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları təhkim olunmuş xidməti avtomibillərlə avtopatrul xidmətini yerinə yetirərək, köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Polis əməkdaşları tərəfindən göstərilən xidməti sakinlər və gələn qonaqlar yüksək qiymətləndirərək, öz minnətdarlıqlarını bildirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam