Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Leysan İsmayıllıda düşərgəni dağıtdı

 

Leysan İsmayıllıda düşərgəni dağıtdı

İyunun 30-da gecə yağan güclü leysan yağışları İsmayıllı rayonunun Buynuz kəndi yaxınlığındakı meşə ərazisində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşlığı ilə Azərbaycan Skautlar Assosiasiyası (ASA) tərəfindən salınan 260 nəfərlik “Wonderland Azərbaycan 2019” adlı 7 günlük düşərgədə fövqəladə vəziyyət yaradıb.

Yenixeber.org: Belə ki, axşam saat 22-dən 24-dək yağan leysan yağışları çadırları sıradan çıxarıb, 10-14 yaşlı skautlar qrupu çətin vəziyyətə düşüb.

“Yeni Sabah” xəbər verir ki, düşərgədən rayon icra hakimiyyəti ilə yaradılan telefon bağlantısından dərhal sonra əraziyə kömək göndərilib.

Rayon icra hakimiyyətinin birinci müavini, fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin və gənclər və idman idarəsinin rəisi Taleh Salehovun rəhbərliyi ilə ərazi icra nümayəndəliyi və bələdiyyənin, meşələrin bərpası və mühafizəsi idarəsinin, rayon polis şöbəsinin və mərkəzi xəstəxananın dəstəyi ilə düşərgədəkilər İsmayıllı Olimpiya İdman Kompleksinə təxliyə ediliblər. Burada kiçik yaşlı skautlara gecələmək üçün bütün lazımi şərait yaradılıb.

Hazırda düşərgə fəaliyyətini Olimpiya İdman Kompleksində davam etdirir.(azərtac)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam