Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Alı Alıyev növbəti səyyar qəbulu görüşünü keçirib

                

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    "Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların müraciət və təkliflərini dinləyir. Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu 7 №-li Qayıdış qəsəbəsində keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

   Səyyar qəbulda 6, 7, 8, 9, 10 və 11-ci Qayıdış qəsəbələrinin sakinləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, xidmət təşkilatlarının nümayəndələri iştirak etmişdir. 

    Səyyar-qəbul görüşü rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 

    Alı Alıyev rayonda aparılan abadlıq quruculuq işlərindən, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən danışmış, qeyd etmişdir ki, Qayıdış qəsəbələri məktəb, uşaq bağçası, həkim ambulatoriyası, poçt, işıq, içməli və suvarma suyu ilə təmin edilmiş, hazırda 2 qəsəbəyə təbii qaz verilmişdir, digər qəsəbələrə isə qaz çəkilişi davam etdirilir.

   Bildirmişdir ki, ölkə başçısının Sərəncamı ilə 11 qayıdış qəsəbəsini əhatə edən yolun tikintisinə isə yaxın vaxtlarda başlanacaqdır.


 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilmişdir. Qəsəbə sakinlərinin səsləndirdikləri təklif və müraciətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

 

 

 

       Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, qəsəbə sakinlərinin qaldırdıqları məsələlər barədə aidiyyati qurumlara konkret tapşırıqlar vermişdir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam