Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alı Alıyev növbəti səyyar görüşü keçirmişdir

 

 

Füzuli RİH başçısı Alı Alıyev: Vətəndaşlara diqqət və qayğı əsas işimizdir

 

"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Əhmədbəyli  kəndində keçirilmişdir.

Görüşdə rayonun idarə, müəssisə və hüququ mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

 Alı Alıyev ölkə başçısı İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. 

Alı Alıyev deyib ki, Əhmədbəyli kəndinin işıq, su, qaz və digər sosial qayğıları tam həll olunub, kənddə torpaq islahatı həyata keçirilib.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilmişdir. Kənd sakinləri təəfindən irəli sürülən təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

          Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev Prezident cənab İlham Əliyevin rayona  sonuncu səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dediyi sözlərin onun füzulililərə olan hörməti və ehtiramının təzahürü olduğunu vurğulayıb. Bildirib ki, son bir il 8 ayda ölkə başçısının rayonumuza 2 dəfə gəlməsi cənab İlham Əliyevin füzulililərə böyük inamı, füzulililərin Prezidentə böyük məhəbbəti hesab olunmalıdır.

Alı Alıyev rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, Əhmədbəyli kəndi ərazisində 340 şagird yerlik gimnaziya binasının tikildiyini, yaxın vaxtlarda isə yeni xəstəxananın təməlinin qoyulacağını qeyd edib.  

 

 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam