Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Gəncədə quldurluq edən şəxslərdən birinin evindən qumbara tapılıb

 

 

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında Ş.İ.Xətai prospektində 3 nəfər tərəfindən döyülüb, bıçaqla hədələnərək pulunun alındığını bildirib

 

Yenixeber.org: Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra avtomobillə aradan çıxdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar - Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1”qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam