Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Şamaxıda evə basqın:külli miqdarda pul aparıldı

 

 

Yanvarın 19-da Şamaxı Rayon Polis Şöbəsinə Məlhəm kəndində yaşayan vətəndaşın evində quldurluğa məruz qalması barədə məlumat daxil olub

 

Yenixeber.org: DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla saat 3 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girmiş üç maskalı şəxsin onun və arvadının əl və ayaqlarını yapışqanlı lentlə bağlamaları, döyərək oradan 12.000 manat, 3000 ABŞ dolları və 100.000 rubl (2990 manat) aparmaları müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Şamaxı Rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının peşəkarlıqla keçirdikləri tədbirlərlə həmin şəxslərdən 3-ü “isti izlər”lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb.

Araşdırmalarla onların Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəşad Zərbalıyev, Cavid Zərbalıyev, Şəhriyar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev, Sumqayıt şəhər sakini Mehdi Əliyev olmaları müəyyən edilib.

Faktla əlaqədar Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam