Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Gəncədə 1587 nəfər ilk dəfə səs verəcək

 

 

Gəncə şəhərində 1587 nəfər ilk dəfə səs verəcək

 

Yenixeber.org:  Gəncə şəhər üzrə fəaliyyət göstərən 4 Seçki Dairəsinin (DSK) 107 məntəqəsində 150 min 609 nəfər səs vermə hüququna malikdir. Səhər saat 8:00 radələrindən başlayaraq bütün məntəqələrdə Prezident seçkiləri prosesinə start verilib. 

Ümumi olaraq, 37 saylı Gəncə şəhər Nizami rayon 1-ci Seçki Dairəsində 24 məntəqə fəaliyyət göstərir və 32 min 874 seçici var. Onlardan 419 nəfəri ilk dəfə olaraq səs vermə hüququ qazanandır. 

Gəncə şəhər 38 Saylı Nizami rayon 2-ci Seçki Dairəsində də 24 məntəqə fəaliyyət göstərir və 34 min 354 seçici səsvermədə iştirak edə biləcək. Bunlardan 365 nəfəri isə ilk dəfə olaraq seçkidə iştirak edənlərdir. 

Gəncə şəhər 39 Saylı Kəpəz rayon 1-ci Seçki Dairəsində 29 məntəqə fəaliyyət göstərir və ümümi seçici sayı 41 min 311 nəfər olan dairədə 381 nəfəri ilk dəfə seçkidə səs verəcək gənclərdir. 

Gəncə şəhər 40 Saylı Kəpəz rayon 2-ci Seçki Dairəsində isə 30 məntəqə var və seçici sayı 42 min 70 nəfərdir. Bunlardan 422 nəfəri isə ilk dəfə olaraq səs verəcək seçicilərdir.

Qeyd edək ki, bütün məntəqələrdə yaşlı (80-102 yaş) və səhətlərindəki proroblemlə əlaqədar məntəqələrə gedə bilməyən yüzlərlə seçici üçün də bütün şərait yaradılıb və həmin şəxslərin seçkilərdə səsvermə hüququndan istifadə etmələri üçün qeydə alınmış ünvanlara gedəcək səyyar seçki nümayəndələri də fəaliyyət göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam