Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nərimanovda səsvermə başlanıb

Nərimanovda səsvermə başlanıb

 

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilən referendumda səsvermə prosesi başlamışdır.

Xeberinfo.com:  Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınmış və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılmışdır.

Rayonda dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə veb-kameralar quraşdırılmışdır.

Qeyd edək ki, Nərimanov rayonunda ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə 110 min 469 nəfərdir.

18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Nərimanov rayonunda hazırda 16 məntəqə mövcuddur. Nərimanov rayonu üzrə sözügedən seçki dairəsində qeydə alınan 20 min 754 seçici var. Seçki dairəsinin Nərimanov rayonu üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb. 19 saylı Nərimanov 1-ci seçki dairəsi üzrə hazırda 35 məntəqə mövcuddur. Ümumilikdə bu dairə üzrə 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə qeydə alınan 45 min 690 seçici var.  20 saylı Nərimanov 2-ci seçki dairəsinin ərazisində 33 seçki məntəqəsi mövcuddur. Dairə üzrə 44 min 25 seçici qeydə alınıb. Bu dairəni əhatə edən 10 məntəqədə veb-kamera quraşdırılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam