Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Füzulidə daha bir kəndarası yol istifadəyə verildi

 

   Füzuli rayonunun bir neçə kilometr asfalt yolu əsaslı təmirdən sonra istifadəyə verildi

 

 

"Xeberinfo.com": Bu gün Füzuli rayonunun  Mirzənağılı, Əhmədalılar, Arayatılı, Kərimbəyli, Qarabağ və Şükürbəyli kəndlərini birləşdirən avtomobil yolunun Birinci Mahmudlu kəndindən keçən hissəsində 2 (iki)  kilometr asfalt yolu əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

    Açılış mərasimində rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr, ziyalılar və sözügedən kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

   Açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Alı Alıyev bildirmişdir ki, bu gün respublikada rayon mərkəzlərinin və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu proses Füzuli  rayonunda da geniş vüsət almışdır.

   Açılış mərasimində çıxış edən kənd ağsaqqalları, ziyalılar Prezident İlham Əliyevin regionlara, o cümlədən Füzuliyə xüsusi diqqət və qayğısını qeyd emişlər. Çıxış edənlər son illər rayonda aparılan böyük abadlıq –quruculuq işlərini bunun bariz nümunəsi kimi səciyyələndiriblər.

   Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Kərimbəyli, Qarabağ və Şükürbəyli kəndlərini birləşdirən avtomobil yolunun Birinci Mahmudlu kəndindən keçən hissəsində 2500 nəfər əhalinin istifadə edəcəyi 2 (iki)  kilometrlik yol kənd sakinlərinin istifadəsinə verilmişdir.

 

 

 

       

 

       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam