Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzuli rayonunda daha bir yol istifadəyə verildi

                

 

"Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir"

 

"Xeberinfo.com": “Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Ərazidəki yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və kəndarası yolların asfaltlanması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, rayonun simasını da büsbütün dəyişir”.  Bu fikirlər Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən hissəsində 2674 metr asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimində bildirilmişdir.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik etmişdir. Bildirmişdir ki, yolun əsaslı şəkildə yenidən qurulması dövlət başçısının füzulililərə göstərdiyi qayğının daha bir nümunəsidir. Alı Alıyev qeyd etmişdir ki, bu gün respublikada rayon mərkəzləri və kəndarası yollar abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş görülür.

Çıxış edən kənd sakinləri rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını bildirmişlər.

Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Aşağı Yağlıvənd kəndindən keçən hissəsində 2674 metr asfalt yol kənd sakinlərinin istifadəsinə verilmişdir.

 

 


       


       

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam