Sabirabadda Qarabağ əlilinin torpağını Seyidəmir zəbt etdirib –Seyid hara, haram hara?
Xeberinfo.com: Xəbər verdiyimiz kimi, Sabirabad rayon sakini, uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə qarşı özbaşınalıq edilib. Sabirabad rayon icra hakimiyyəti tərəfindən ev tikilməsi üçün ona ayrılan 350 kvadrat (3 sot yarım) torpaq sahəsi zəbt edilib.
Araşdırma zamanı bəlli olub ki, Z.Ağayevə qarşı olan qanunsuzluq bir neçə adam tərəfindən planlaşdırılsa da, əsas işi Sabirabad rayon sakini, “Avtobaza”nın müdiri, rayondakı yağ-pendir zavodunun sahibi Məmmədov Seyidəmir Sabir oğlu aparır. Qarabağ əlilinin torpağını o, zəbt etdirib və hazırda orada tikinti işləri apardır.
Araşdırmamız zamanı məlum oldu ki, M.Seyidəmir Sabirabadda rayon mərkəzində, yolun üstündə Avtovağzal tikdirib, keçmiş nəqliyyat nazir Ziya Məmmədovla yaxınlıq əlaqəsi olduğundan nəqliyyat marşrutlarını öz inhisarına alıb, kənar heç bir şəxsi bu işlə məşğul olmağa imkan vermir. Avtovağzalda gediş haqqın ödəyib bilet alınmalıdır, amma burda bilet satışı yoxdur. Onun tapşırığına əsasən, özlərinə neçəyə sərf edir o miqdarda da pul yığılır.
O da məlum olub ki, illərdir bələdiyyə orqanları bundan torpaq sənədi ala bilmir ki, vergi təyin etsin. Özü də etiraf edir ki, yaxınlarının adına onlarla obyekti var. Amma vergidən də yayınır.
Rayonda yaşayan Qarabağ əlillərinin dediyinə görə, M.Seyidəmir vaxtı ilə “Vahid bankı” da yeznəsinin adına açıb. Və o vaxtlarda vətəndaşların bankda küllü miqdarda pulları batdı. Hamısını bu şəxs mənimsəyib.
Çox maraqlıdır ki, rayonun ən yaxşı yerlərində özünə obyektlər tikdirən Seyidəmrilə heç kəs maraqlanmayıb ki, bu qədər var-dövləti hansı yollarla əldə edib?!
Qarabağ əlilləri bizimlə söhbətlərin də, dedilər ki, adam o qədər harınlayıb ki, nə dövlət tanıyır, nə qanun! İndi də Qarabağ əlilinin rəsmi sənədlə fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsini zəbt edib, ora tikinti materealları tökdürüb bina inşasına başlayıb.
Ümid edirik ki, Sabirabadda da baş verən qanunsuzluğa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun Sabirabaddakı rəhbərləri göz yummayacaq, qanunun aliliyini təmin edəcəklər.
QEYD: “Qarabağ qazilər”i, “Vətən Müharibəsi Əlilləri” birlikləri məsələni nəzarətdə saxlayacaq.
(QAZİLER.AZ)