Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Beynəlxalq Müəllimlər Günü Kürdəmirdə qeyd olundu - FOTOLAR

Beynəlxalq Müəllimlər Günü Kürdəmirdə qeyd olundu - FOTOLAR

 

 Beynəlxalq Müəllimlər Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd olundu.

Xeberinfo.com:  Bu münasibətlə əzəmətli “Kürdəmir” sarayında bayram şənliyi keçirildi.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.

Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyev açmışdır.

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək əlamətdar gün münasibəti ilə rayon müəllimlərini təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.

 Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonumuzda müasir standartlara cavab verən 37 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaratmışdır.

       

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin direktoru Nəsirov Vüqar Hüseynağa oğlu  “Tərəqqi” medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğulamışdır.

 Beynəlxalq Müəllimlər Günü Kürdəmirdə qeyd olundu - FOTOLAR

Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə, diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

 

 

Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam