Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Alı Alıyev məcburi köçkünlərlə görüşdü - FOTOLAR


   
Füzuli RİHB Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb

 

 

 Xeberinfo.com:   Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi,həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffalığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Alı Alıyevin növbəti səyyar-qəbul görüşü füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan və İmişli rayonlarında keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatları və ictimaiyyət nümyəndələri iştirak etmişdir.

Alı Alıyev bildirmişdir ki, bu cür görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarını uyğun olaraq mütəmadi olaraq keçirilir.Alı Alıyev qeyd edib ki, vətəndaşların problemlərinin həlli ilk növbədə onların sosial- məişət qayğılarını yerində öyrənmək, hər bir vətəndaşın irəli sürdüyü məsələni, etdiyi müraciəti diqqətlə araşdımqdan ibarətdir.

Görüşdə Beyləqan və İmişli rayonlarında məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Görüş zamanı çıxış edənlər məcburi köçkünlər dövlət tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdalıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlra, öz ata-baba yurdlarına  qayıtmaqdır.

 

 












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam