Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alı Alıyev Bakıda məskunlaşan füzulili məcburi köçkünlərlə görüşdü

            

 

"Xeberinfo.com":  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü füzulili məcbiri köçkünlərin sıx məskunlaşdıqqları  Müşfiq, Mehdiabad qəsəbələrində və Nərimanov rayonunda keçirilib.

Görüşdə Müşfiq və Mehdiabad qəsəbələrində, o cümlədən Bakı şəhərində  məskunlaşan füzulili məcburi köçkünlər  iştirak ediblər.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

Alı Alıyev demişdir ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəbləri, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. Alı Alıyev qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanılır.

Görüşdə  Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrin həlli mümkün olanları icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb və aiddiyati üzrə göndərilib.

Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, onlar ən böyük arzularının işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.

Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Alı Alıyev vurğulayıb ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır: “Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

 

Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülən abadlıq-quruculuq işlərindən və görülməsi planlaşdırılan tədbirlərdən bəhs edib.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam