Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İcra başçısı ustanın haqqını yedi - ŞİKAYƏT

 

1437971709_v

Bərdə rayon sakini Cəfərov Elgiz Əvəz oğlu redaksiyamıza müraciət edərək, başına açılmış oyunlardan, Bərdə rayonunun başçısı Vidadi İsayev və onun işçilərinin (bu işçilər həm də icra hakiminin qohumlarıdır) özbaşınalıqlarından danışıb.

Xeberinfo.com:  E.Cəfərov mülkündən məhrum olduğunu, ailəsinin dağıldığını, çox pis vəziyyətdə, hətta səfil həyatı yaşadığını dilə gətirib.  Şikayətçinin “AzPolitika”ya müraciətini qısa ixtisar və redaktə ilə təqdim edirik.

“Çox çarəsiz durumdayam. Haqqımı kimdən alacağımı bilmirəm. Bir neçə il bundan əvvəl Bərdədə indiki icra başçısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi, mən də Bakıda mənimlə işləyən işçi heyətini yığıb, 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.

Getdiyimiz gün Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edən Mahmud müəllimlə (sonradan məlum oldu ki, icra başçısının bacanağıdı) şifahi razılaşdıq, elə həmin gündən də görüləcək işlərin tapşırığın verdi. Şəhərin yol kənarı hasarların, mağazaların, idarə binalarının üz fasad daşlarının yenilənməsi işlərini bizə tapşırdı. İşin qiymətini də danışıb razılaşdıq. O, bizi tənbehlədi ki, burda “kimdənsə pul istəməyəcəksiz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verib, pulunu da məndən tələb edəcəksiniz”. İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud müəllimə deyirdik, o da anında pulları verirdi. Müəyyən vaxtdan sora bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pul məsələlərində də ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuz qaldığı siyahını götürüb, getdim icra başcısı Vidadi İsayevin qəbuluna. 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb dedi: “Narahat olma, Mahmud müəllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın versin”.

Getdik şəhər parkına, orda zəng edib Mahmud müəllimi çağırdı, mən biraz kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə başçının “qoçuları” qarşımı kəsdilər, mən də dedim ki, başçı özü çağırıb ki, pulumu versin. Əvəzində isə Mahmud mənə sərt şəkildə “əgər burdan uzaqlaşmasan, səni içəri basdıracam, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtarasan” dedi. Mən də oradan uzaqlaşdım, sabahı gün başçının müavini Vidadi İmanquluyevi tapdım, o, cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi istədi, əks halda məni tutduracaqlarını bildirdi. Ordan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, məndə məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim. Çünki ustalar onları Bərdəyə mən apardığım üçün, cavabdeh məni bildilər. O gündən sonra Bərdədən uzaqlaşdım, gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini müəyyən vaxta qədər qaytara bildim. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt da dolların məzənnəsi 0,78 idi, sonralar bəzi ayları verə bilmədim, o pul qalxıb 8000 dollar oldu, mən də məcburən keçən ilin yayıda ata evimizi satıb, o borcu bağladım. Bu aradan keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etsəm də, icra başcısının qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa-qorxa gedib gəlirdim. Axır məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruca dərdimi danışdım. Zahid Oruc mənə əlindən gələni edəcəyini bildirdi. Vidadi İsayevlə görüşməyimə köməklik etdi, bu ilin fevral ayının 10-da Bərdədə icra hakimiyyəti binasına girmək, başcıyla görüşmək mənə qismət oldu. Zahid müəllimin şahidliyi ilə icra başçısıyla görüşdük, hər şeyi olduğu kimi təkrarladım. Vidadi İsayevin verdiyi cavab belə oldu: “Bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə, pulunuzu alın”.

Qayıdıb gəldik Bakıya. Zahid müəllim başçının bacanağı olan Mahmuda zəng edib, mənimlə görüşüb dərdimi dinləməyini istədi. Mahmud müəllim mənə zəng etdi, Bakıda parkların birində görüşdük və mən ondan haqqımı tələb etdim. O da biz işlədiyimiz obyektlərdən pul ala bilmədiklərini, o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyini bildirdi. Qeyd etdi ki, əslində o işlərin pulu dövlət büdcəsindən ayrılsa da, Vidadi İsayev o pulları həmin obyekt sahiblərinin və idarə müdirlərinin ödəyəcəyini bildirib.

 

Sonra da o idarə müdirlərini işdən qovub, yerinə öz qohumlarını qoyduğu üçün, ortada batan biz ustaların pulları olub. İndi çarəsiz durumdayam, haqqımı kimdən alacağımı bilmirəm, xahiş edirəm mənə bu vəziyyətdən çıxmaq üçün köməklik edəsiniz. Bu barədə 2 məktub cənab Prezidentimiz İlham Əliyevə, 2 məktub Daxili İşlər naziri Ramil Usubova və 2 məktub da Respublika Baş Prokuroru Zakir Qaralova yazmışam, amma heç birindən cavab yoxdur. Məktublarımı Bərdə rayon İcra Hakimiyyətinə göndəriblər…”

elgiz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam