Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

İcra başçısı idarə müdirlərinə "taskı" qoyub

 

Bərdədən daxil olan məlumata görə rayon icra başçısı Vidadi İsayev büdcə təşkilatlarının müdirlərinə sözün həqiqi mənasında aylıq haqq qoyub.

"Xeberinfo.com":  Məlumata görə, büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadi İsayevlə bölüşürlər. İcra başçısının kiçik məmurların qazancına şərik getməsi sözsüz ki, Bərdədə idarə müəsissələrin korrupsiya bataqlığına düşməsinin göstəricisidir.

İcra başçısının yaddaş kitabçası...

İnformasiya mənbəmiz idda edir ki, Vidadi İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdikləri hər kəsdən yaxşı bilir. Məlumat mənbəmizin iddiasına görə artıq 2 ildən çoxdur ki, Bərdə idarə müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat (həyata keçirdikləri yol maxinasiyalarından əlavə), Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Mənbəmiz bildirir ki, su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq vidadi İsayevə çatdırır. 

Yeni il yeni qiymətlər...

Yeni ildən isə icra başçısı məmurlardan aldığı “hesabın” artırılaması ilə bağlı göstəriş verib. Səbəbin isə bu il ölkəmizdə keçirilən Avropa Olimpiadası oyunlarına hazırlıqdır. İcra başçısı məmurlardan yığdığı hesabı Bərdə şəhərinin abadlaşdırılamsı üçün istifadə olunacağını bildirir. Amma bütün məmurlar yaxşı bilir ki, Vidadi İsayev ayda yığdığı külli miqdarda vəsaiti rayonun aabadlaşdırılmasına deyil, özünün Yevlax və Bakı şəhərində yaratdığı özəl bizneslərə, imarətlərə xərcləyir. Məlumat mənbəmiz bildirir ki, Vidadi İsayevin qazanc mənbələrindən biridə Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevdir. Məhz icra başçısı bərdə şəhərində həyata keçirilən abadlıq, tikinti, təmir işlərindəki maliyyə maxinasiyalarını Əli Fərzəliyevin vasitəsi ilə həyata keçirir. Vidadi İsayevin Əli Fərzəliyevin əli ilə Bərdə şəhərində Tikinti, təmir işlərində həyata keçirdiyi maliyyə maxinasiyaları barədə yaxın günlərdə oxucularımıza məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq

AzFakt.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam