Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ağcabədidəki müəllimlər niyə əmək haqqlarını ala bilmir?

 

Şikayətçilərin sözlərinə görə, maaşların özlərinə çatmamasına səbəb təhsil sahəsində vəziyyətin yoxlanılmasıdır

Xeberinfo.com:   Təhsil sistemində baş verən qanunsuzluqlar, təhsilin səviyyəsinə olduqca mənfi təsir göstərən rüşvətin günbəgün daha da artması,müəllimlərin peşəkarlıq səviyyəsi və şagirdlərin dərsə davamiyyətinin qəanaətbəxş olmadığı dövrdə bölgələrdə məhz millətin gələcəyini məhv etmək hesabına pul qazananlar artır.
Bizimxeber.az-a Ağcabədi rayonundakı müəllimlərdən daxil olan məktubda ciddi faktlar yer alır.
Belə ki, müəllimlərin redaksiyaya göndərdiyi məlumatlarda əmək haqlarını ala bilmədiklərini vurğulayırlar. Şikayətçilərin sözlərinə görə, maaşların özlərinə çatmamasına səbəb təhsil sahəsində vəziyyətin yoxlanılmasıdır:
“Maliyyə Nazirliyndən yoxlama gəlib və 12 min manat tələb edilib. Yoxlama aparılıb nəticə hətta “təmiz” olsa da bu pul yığılıb verilməlidir.Təbii ki, əgər “yeyinti” çoxdursa, o zaman başqa məbləğ tələb olunur. İndi isə yoxlamanı sadəcə yola salmaq üçün 12 min manat istəyirlər. Bu pulu ödəmək üçün müəllimlərin iki aylıq maaşı yığılır. Yoxlamaların “yola salınması” ənənəsi rayonda həmişə mövcud olub. Ancaq indi bayram ərəfəsində, əhalinin vəziyyətini onsuz da ağır olduğu zamanda maaş almamağın nə demək olduğunu hamı bilir.
Amma nə Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədovu nə də, rayon icra başçısı Şahin Məmmədovu bu məsələ düşündürür.
Onlar üçün əsas məsələ yoxlamanın razı yola salınmasıdır. Biz də bunun üçün halal pulumuzdan keçməliyik. Kimlərsə il boyu qanunsuzluq edib pul qazanır, əziyyətin isə biz, sıravi müəllimlər çəkir”.Məlumatı araşdırmağa çalışırıq…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam