Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rayon təhsil şöbəsi imtahan keçirir, nazirlik isə xəbərsizdir

 

Zaqatala rayonunda müəllimlər sertifikasiya imtahanından keçiriləcəklər. İmtahan mart ayında keçiriləcək. İmtahan üçün müəllimlərdən 500-1000 manat arası pul tələb edilib.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Publika.az-a bu rayonun müəllimləri məlumat verib. Müəllimlərin sözlərinə görə, rayon  təhsil şöbəsindən məktəblərə  imtahana qədər deyilən məbləği hazırlamaqla bağlı tapşırıq verilib. Bununla əlaqədar müəllimlərlə görüş keçirilib. Müəllimlərin sözlərinə görə, bir neçə dəfə onlara imtahan keçiriləcəyi barədə xəbərdarlıq edilib, müəyyən məbləğ tələb edilsə də, imtahan keçirilməmişdi.

 

Publika.az müəllimlərin müraciəti əsasında Təhsil Nazirliyinə sorğu ilə müraciət edib. Müraciətlə bağlı Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanovun cavab məktubunda bildirilir ki, mart ayında Zaqatala rayon müəllimləri arasında təhsil şöbəsinin sınaq qiymətləndirilməsinin aparılması və bu məqsədlə müəllimlərdən 500-1000 manat arası pul tələb olunması faktları həqiqətə uyğun deyildir, böhtan və qərəzçilik xarakteri daşıyır.

 

Təhsil şöbəsində direktorların müşavirəsi keçirilərkən müəllimlərin öz üzərlərində işləmələri tövsiyə olunub.

 

Qeyd edək ki, Təhsil Nazirliyindən cavab verilənə qədər Zaqatala rayon məktəblərinin müəllimləri yenidən bizimlə əlaqə saxlayıb, təhsil şöbəsindən onlara imtahanın ləğv edilməsi barədə məlumat verildiyini deyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam