Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”

Qax Rayon İcra Hakimiyyətinin tenderlərinin “qənimi”: “Cahandar-H”

Son bir ərzində Qax İcra Hakimiyyəti 9 tender keçirib.

Yenixeber.org: Bu tenderlərdən 3-nü “Cahandar-H” MMC şirkəti udub.

Şirkət ötən gün Qaxda həyata keçiriləcək iki tenderin də qalibi olub. Belə ki, şirkət H.Əliyev prospekti 97, Ü.Hacıbəyov küçəsi 6a, 8a, 8b, N.Nərimanov küçəsi 6 saylı kommunal yaşayış binalarının həyətlərində asfalt-beton örtüyün əsaslı təmirini  reallaşdıracaq. Bu məqsədlə İcra Hakimiyyəti ilə MMC arasında 27 min 718 manatlıq müqavilə bağlanıb.

Elə həmin gün “Cahandar-H”la daha bir satınalma müqaviləsi imzalanıb. Bu dəfə MMC Qax şəhəri küçələrində və döngələrdə yol və səkilərin, eyni zamanda şəhər qəbirstanlığının giriş yolunun əsaslı təmirini həyata keçirəcək. Bunun müqabilində isə 306 min 151 manat alacaq.

Qeyd edək kji, Qax Rayon İcra Hakimiyyəti ötən il də “Cahandar-H” MMC ilə tenderi işində olublar. Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri işlərini həyata keçirmək üçün İcra Hakimiyyəti şirkətə 742 min 597 manat pul ödəyib.

Maraqlıdır ki, “Cahandar-H” MMC şirkəti yalnız Qax İcra Hakimiyyətinin tenderlərini udub. “Cahandar-H” MMC-nin qanuni təmsilçisi Hümmət Kazımovdur. Şirkətin nə zaman yaradıldığı məlum olmasa da, MMC-nin hələ 2020-ci ldən bəri  Qaxdakı tenderlərin əksər hissəsi udması açıq mənbələrdə qeyd edilib.(tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam