Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Şəkidə yeni şəlalə aşkarlandı- FOTO

 

Şəkidə yeni şəlalə qeydə alınıb.

Yenixeber.org xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 5 - 6 may tarixlərində Şəkinin Şin kəndindən təxminən 7-8 km şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arası ərazi) qolu və eyni adlı dərədə ekoloji monitorinq işləri aparılıb.

E.Qarayev Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığını söyləyib. 

Qeyd edib ki, hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə Elvin Qarayev tərəfindən “Boz qaya şəlaləsi” adı verilib.

Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev vurğulayıb ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub. Bundan başqa sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparıldığını və tərkibində 18,9° C temperaturda 8.36 pH olduğunun müəyyənləşdirildiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam