Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

"Salyan imperatoru"

Bu ölkədə bir çox şeyləri başa düşmək artıq çətinləşir. Belə görünür ki, mərkəzi hakimiyyət regionlardakı feodallar üzərində nəzarəti itirir. Əks halda bu absurda başqa izah tapmaq mümkün deyil.

Xeberinfo.com:   Azərbaycan sanki qəflət yuxusundakı qara və qaranlıq orta əsrlərə qaytarılır. Belə görünür ki, icra başçılarının feodal hüququnu və sonuncunun ən müqəddəs reliktini - ilk nikah gecəsi hüququnu bərpa edəcəyi gün o qədər də uzaqda deyil. Tənəzzül, süqut, çöküş sonu-dibi olmayan bir uçurumdur...

Fotoya baxın. Salyan Rayon İcra Hakimiyyətinin başçısı, ilk baxışdan ciddi dövlət məmuru təəssüratı bağışlayan Tahir Kərimov adlı bu qeyri-adi adam yuxarı sinif şagirdlərini iki cərgədə düzərək bu cərgələrin arasından şəstlə, qürurla keçir. Gənclər onu qızılgüllərlə qarşılayır. Antik dövrdə Roma imperatorları Qay Yuli Sezarı, Kaliqulanı, Neronu belə qarşılayardılar...

Roma imperatorlarını qızılgül dəstələri və ləçəkləri ilə Roma legionları tərəfindən əsir götürülmüş yunan yeniyetmələri qarşılayırdı. Həmin əsir yunan gənclərini əsasən qul kimi satır, ya da onları patrisiləri əyləndirəcək qladiotarlar kimi yetişdirirdilər.

Romalı gənclər belə cərgələrə düzülüb imperatoru qarşılmazdı. Bu cərgələrdə dayanmaq romalılardan ötrü təhqiramiz hərəkət sayılırdı. Bunun üçün qullar vardı.

Salyanda gənclərin icra başçısının qarşısında məhz öz istəkləri ilə bu cür alçaldıcı və təhqiramiz şəkildə cərgəyə düzülməsi heç inandırıcı görünmür. Onlar onbaşı-yüzbaşıların əmri ilə düzülüblər ki, Salyan imperatorunu qızılgüllərlə qarşılasınlar.

Siz hələ adı Tahir, soyadı Kərimov olan bu yöndəmsiz, gonbul və kobud məmurun üzündən oxunan böyük ambisiyalara baxın. Pencəyinin düymələrini güclə bağlayıb - qarın imkan vermir. Kompleksli olduğu dərhal sezilir. Görünür, Kərimovu nə zamansa bərk təhqir edib alçaldıblar, o da bunun qisasını bütün dünyadan almağa qərar verib. Bütün dünya, ən azı Salyan isə adamın qulluğunda hazır dayanıb.

Əgər siz icra başçısının bununla hansısa bir teatr tamaşası qurduğunu və səhnəyə də aktyor kimi çıxdığını zənn edirsinizsə, yanılırsınız. Bu fotoşəkil Salyan Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilib. Onunla bu keçid vasitəsilə tanış ola bilərsiniz: http://www.salyan-ih.gov.az/news/183.html.

Özü də bu foto sayta iki ildən çoxdur qoyulub. Təsəvvür edirsinizmi? Bu müddət ərzində foto heç kimin diqqətini cəlb etməyib. Yalnız hər şeylə maraqlanan bir blogger bu cür qəribə saytlarda eşələnəndə o qeyri-adi fotoşəkilə təsadüfən rast gəlib.

Çox maraqlıdır, icra başçısının özünü belə aparması Prezident Administrasiyasında necə qəbul olunacaq? Məmurlar digər məmur həmkarlarının bu qıcıqlandırıcı hərəkəti barədə prezidentə məlumat verəcəklərmi?

Yeri gəlmişkən, Tahir Kərimov Salyan RİH başçısı təyin olunana qədər “Caspian Fish” konserninin prezidenti idi.

Prezidentə deməyə də bilərlər. Onlar Tahir Kərimov kimilərinin Azərbaycanı “Potyomkin hasarları” arxasındakı feodal votçinasına çevirdiyini deməyəcəklər...

Salyan imperatoru və əzilən xalq! Adam öz vətəninə görə utanır. Başqa nə deyəsən...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam