Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Salyan Telefon Qovşağının rəisi hədəfdədir

 

Salyan Telefon Qovşağının rəisi qaranlıq maliyyə əməliyyatları həyata keçirməklə yanaşı rayon rəhbərlərinin, həmçinin idarə müdirlərinin iş telefonlarını dinlətdirib

Faiq Nəcəfovun Rayon Polis Şöbəsini, Rayon Prokurorluğunu, Rayon Məhkəməsini, MTN-nin yerli şöbəsini, Maliyyə şöbəsini və onların həmçinin bütün digər dövlət qurumlarının rəhbələri nivə məsul şəxslərini dinlətdirdiyi bildirilir.

Xeberinfo.com:   Bir çox rayonlarda Telefon qovşaqlarının fəaliyyətləri yoxlanılır.

Bu barədə Salyan rayonundan AzMedia.info-ya daxil olan məlumatda bildirilir. Məlumatlı mənbəninin bildirdiyinə görə hazırda Salyan rayonunda aparılan araşdırmalar zamanı məlum olub ki, hökümət kanalı olaraq bilinən strateji xəttdə aparılan telefon danışıqları və internet yazışmaları tam olaraq Salyan Telefon Qovşağının rəisi Faiq Nəcəfovun tam nəzarəti altında olub. Belə ki, Faiq Nəcəfov rayon idarə müdirlərinin tabeçiliyndə olduqları nazirliklərlə danışıqları və yazışmaları dinlənilib. Faiq Nəcəfovun bütün məlumatları mütamadi olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova çatdırıb.

Mənbənin bildirdiyinə görə ən çox dinlənən və yazışmalara nəzarət edilən dövlət qurumları arasında Rayon Polis Şöbəsi, Rayon Prokurorluğu, Rayon Məhkəməsi, MTN-nin yerli şöbəsi, Maliyyə şöbəsi və onların rəhbərləri olsa da, bütün digər dövlət qurumlarının rəhbələri və məsul şəxsləri dinlənilib və yazışmaları nəzarət altında olub. 

Məlumatda qeyd olunur ki, Faiq Nəcəfov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun yaxın qohumudur və hal-hazırda Salyan rayonunun idarəçiliyi demək olar ki, bu adamın əlindədir. Tahir Kərimov harda çalışıbsa, onun bütün işlərini məhz Faiq Nəcəfov yürüdüb. Bundan əvvəl isə Tahir Kərimov Daşkəsən rayonuna rəhbərlik edərkən Daşkəsən Rayon Telefon Qovşağına rəhbərlik edən Faiq Nəcəfovun yerli məmurları dinləməsi ilə gündəmə gəlib. O zamanda məlum olub ki, Faiq Nəcəfov yerli məmurları dinlətdirərək əldə etdiyi məlumatları Tahir Kərimova ötürürmüş. 

Mənbənin bildirdiyinə görə telefon danışıqlarını və internet yazışmalarını nəzarətdə saxlayan Faiq Nəcəfov və Tahir Kərimov məmurların sirrlərinə vaqif olaraq bir çox hallarda onlardan pul tələb ediblər. Lakin ən maraqlı məsələ Faiq Nəcəfovun MTN generalları ilə nə qədər əlaqəli olması və eyni zamanda yaxın qohumu və patronu Tahir Kərimova nə qədər xəyanət etməsidir.

Bu və ya digər məsələlərlə bağlı ikinci yazımızda. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam