Əziz qarabağlılar və Laçınlılar xahiş edirəm səlalərə baxmağı, ağacların dibini, çayın sahilini, meşənin ətrafını da ödənişli -Azərbaycanda sosial nihilizm/FOTOLAR
Əvvəlcə mən də Şuşada çayı 32 manata satanları, Laçında evini 200 manata kirayə verənləri tənqid etməyə bərk həvəsləndim. Amma bir azacıq dərindən düşünəndə sonra fikrimdən vaz keçdim.
Yenixeber.org: Fikirləşdim ki, hələ 2014- cu ilə Azərbaycanın hər guşəsində bir çaynik çay 1- 2 manat olanda Bakı bulvarında həmin o bir çaynik çay 15-25 manat arasında dəyişirdi. Daha sonra 2019- cu ildə Riviera adlı restoranda sadə bir çay süfrəsinin 33 manat tutduğu ilə bağlı qalmaqallı xəbərlər yayıldı. Sonra məlum oldu ki, Bakıda istənilən restoranda sadə çay dəstgahı 30- 60 manat arasında dəyişir.
Hətta təxminən 3-4 il əvvəl iş yoldaşım ailəsi ilə İstirahətdən gələrkən Ağsu - İsmayıllı yolunda sadə bir çay dəsgahina 25 manat vermək məcburiyyətində qalmışdı.
Qarabağ işğaldan azad olmamışdan əvvəl də, indi də digər dağlıq rayonlara istirahətə getmişik. Orada da bizə pulsuz nə ev verilib, nə qonaq saxlanmışıq. Hətta 2015- çi ildə Şəki də ev sahibi biləndə ki biz köçkünük , evin pulunu qaldırıb dedi ki, hökumət sizi dolandırır, siz də bizi dolandırın. .(O vaxt 18 manat çörək pulu alırdıq )Günü 20 manata çox bərbad bir evdə ancaq 5 gün qala bildik.
6 il əvvəl bizim ailə və dostumuz olan ailə( o da 2 qrup Qarabağ əlilidir)Toganaya istirahətə getmişdik. Ən çox bəyəndiyimiz yer çayın kənarındaki ,ağacın altındakı çəmənlik oldu. Əşyalarınızı maşından düşürüb təzəcə oturmuşduq ki, bigiburma biri gəldi ki, bəs burda otura bilməzsiniz, bura pulludur dostumuzun ailəsi 4 , bizim ki 3 nəfərdən ibarət idik, 7 nəfərin hər biri xahiş etdi ki artıq burda oturmuşuq , qalxmayaq , o bigiburma dedi ki , olmaz! Ya yer haqqı verin, ya da ərazidən uzaqlaşın! Hətta hər 2 Qarabağ qazisinin də bu torpaq uğrunda şikəst olmasını vecinə olmadı. O vaxt adambaşına 1 manatı - 7 manatımızı alandan sonra yanımızdan uzaqlaşdı.
Universitetdə oxuyanda tələbə yoldaşlarımızla Qubaya gəzməyə getmişdik , orda da oturduğumuz ağacın dibini bizə pulla satdılar. Məmurların hasarladıgi dəniz sahilini pulsuz keçə bilməyənlər, indi Laçınlıların şəxsi evlərini kirayəyə verməsini topa tuturlar.
35 ildi dənizi hasara alan ödəniş etməsən səni dənizə tərəf buraxmayan oliqarxlara niyə səsiniz çıxmır?qorxursunuz??
Laçınlılar kimdən əskikdir ki? Niyə evini kiməsə ucuz verməlidir ki? Ev onundur necə istəyir elə də verir. Qiymət xoşuna gəlmir? Getmə! Köçkünə bu qədər nifrət etmək olmaz e, vallah axı o da sənin soydaşındır? Köçkün 30 ildir köçkündur bu 30 ildə kimsə köçkünə nəyi bağışladı? Nəyi güzəşt etdi?
Sözüm bəzi dayaz düşüncəli yerlilərədir! Köçkünə qarşı nifrətinizi nə vaxt bitəcək? Həyatda aldığınız travmaların səbəbni nə vaxta qədər köçkündə görəcəksiniz???
XÜSUSİ QEYD: əziz qarabağlılar və Laçınlılar xahiş edirəm səlalərə baxmağı, ağacların dibini, çayın sahilini, meşənin ətrafını da ödənişli edin... Həm də srocnu!(TEREF)
Əntiqə Rəşid Aslan