Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Alı Alıyev sahibkarlığın inkişafı ilə bağlı görüşlərini davam etdirir- FOTOLAR

 

 

Sahibkarlığın inkişafı dövlət siyasətidir

 

Xeberinfo.com:   Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarına və  sahibkarlara əlverişli şərait yaradılması məqsədilə Rayon İcra Hakimiyyətində İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti qrumların yerli nümayəndələrinin, hüquq-mühafizə orqanlarının iştikarı ilə görüş keçirilmişdir. Görüşdə rayonda özəl sektorun inkişafı, ərazidə yeni emal və istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması məsələləri müzakirə edilmişdir.

Müzakirələr zamanı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti qrumlara rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaların verilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının tapşırıq və göstərişlərini xatırlatmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin incidilməsi, lazımsız yoxlamalar aparılmaması ilə bağlı konkret tapşırıqlar vermişdir.

Alı Alıyev bildirmişdir ki, ölkənin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, neçə illərdir yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, İqtisadiyyat və Sənaye Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti qrumların yerli nümayəndələrinin, hüquq-mühafizə orqanlarının nümayəndələri  ilə birgə mütəmadi olaraq yerlərdə sahibkarlıq və ticarətlə məşğul olan şəxslərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır, vergi qanunvericiliyi, vergi ödənilməsi ilə bağlı izahat və maarifləndirmə işi aparılır.












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam