Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Prezidentin tapşırıqları Füzuli rayonunda uğurla icra olunur- FOTOLAR

 

 

Xeberinfo.com:  Prezident cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn tapşırıqların yerlərdə icrasını təmin etmək məqsədilə Füzuli rayonunda aidiyyəti tədbirlər görülməyə başlamışdır. Prezident cənab İlham Əliyevin konfransda səsləndirdiyi tapşırıqların yerlərdə icrasını həyata keçirmək məqsədilə rayonun iş adamları, fermerlər və məcburi köçkünlərlə görüşlər keçirilmiş, cəbhə bölgəsində sahibkarlığın inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsi məsələləri müzakirə olunmuşdur. Müzakirələr zamanı aqrar rayon olan Füzulidə sahibkarların, məcburi köçkünlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının birinci əldən satışını təşkil etmək üçün kənd təsərrüfatı məhsullarının satışı mərkəzlərinin yaradılması təklif olunmuşdur. Rayon İcra Hakimiyyəti Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların icrasını təmin etmək, həmçinin əhalinin tələbini nəzərə alaraq məcburi köçkünlərin sıx məskunlaşdıqları Beş Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı bazarının təməl qoyma mərasimini keçirmişdi.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə,müəssisə, təşkilatları, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Mərasimdə çıxış edən Alı Alıyev Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq problemlərinin həlli ilə bağlı tapşırıqlarına uyğun olaraq rayonda bir sıra tədbirlər görüldüyünü,  cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə tikilib istifadəyə verilmiş 5 Zobucuq qəsəbəsində və ətraf kəndlərdə yaşayan 2500-dən artıq ailənin məşğulluğunu artırmaq və onların yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məshsullarının birinci əldən satışını təşkil etmək məqsədilə Zobucuq qəsəbələrinin mərkəzi hesab olunan ərazidə kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaradılmasının qərar alındığını bildirdi. Alı Alıyev təməli qoyulan bazarın qısa müddət ərzində tikilib istifadəyə veriləcəyini Zobucuq qəsəbələrində və ətraf kəndlərdə yaşayan məcburi köçkünlərin yetişdirdikləri məhsullarını burda birinci əldən sata biləcəklərini vurğuladı. Alı Alıyev bu cür bazarların yaxın günlərdə Qayıdış qəsəbələrində və Horadiz şəhərində də təməlinin qoyulacağını qeyd etdi.

Alı Alıyev rayonda iqtisadiyyatın inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, rayonda kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, məcburi köçkünlər həyatyani və pay torpaqlarında səmərəli istifadə etməlidirlər.

Qəsəbədə məskunlaşan məcburi köçkünlər çıxış edərək dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, pulsuz qaz, su və işıqla təmin edildiklərini, bütün kommunal qayğılarının həll olunduğunu bildirmişlər. Onlar göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qəsəbə sakinləri təməli qoyulan kənd təsərrüfatı məhsullarının satış mərkəzinin məhz məcburi köçkünlər üçün salınan Zobucuq qəsəbəsində yaradılmasını da ölkə başçısının onlara olan növbəti diqqət və qayğısı kimi dəyərləndiriblər.

 

         














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam