Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Füzulidə sahibkarlıq uğurla inkişaf etdirilir- FOTOLAR


 

Füzuli rayonunda sahibkarlığın inkişafı diqqət mərkəzindədir 

Xeberinfo.com:   “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının  (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) uğurla həyata keçirilməsi Bakı və iri sənaye şəhərləri ilə yanaşı regionlara da təsirsiz ötüşməyib. Belə ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bölgələrdə sahibkarlığın inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.  

Respublikanın bütün regionlarında gedən abadlıq, quruculuq işləri və sürətli inkişaf prosesi Füzuli rayonunda da özünü göstərməkdədir. Ölkə başçısının məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarına və  sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıq və göstərişlərinə uyğun olaraq Horadiz şəhərində tikiş fabriki yaradılmışdır. Prezident cənab İlham Əliyevin ötən il avqustun 28-də Füzuliyə səfəri zamanı açılışında iştirak etdiyi Horadiz tikiş fabrikində müasir texnika və dəzgahların quraşdırılmış, fabrikdə keyfiyyətli məhsul istehsalına imkan verən şərait yaradılmışdır.

Horadiz tikiş fabriki özəl istehsal müəsisəsi olmaqla sifariş əsasında xidmət göstərir.  Hazırda 15-ə yaxın işçinin çalışdığı Horadiz tikiş fabrikində sifariş əsasında yataq dəstləri, qadın geyimləri, kişi və uşaq şalvarları, həmçinin məktəbli dəstləri istehsal olunur. Burada istehsal olunan məhsullar əsasən daxili bazar üçün nəzərdə tutulmuşdur. Sifarişlərin az olması fabrikin tam gücü ilə işləməsinə imkan vermir.  Horadiz tikiş fabrikinin direktoru Şirvan Səfərov deyir ki, sifarişlər çox olarsa müəssisənin illik dövriyyəsini 2 milyon manata, burada çalışan işçilərin sayını isə 100 nəfərə çatdırmaq olar. Sifariş verilərsə biz fabrikdə hərbi təyinatlı məhsullar, o cümlədən də hamam dəstləri istehsal edə bilərik. Bunun üçün fabrikdə müasir texnika və dəzgahlar mövcuddur, rayonda bu sahədə işləmək bacarığı olan təcrübəli işçilər və texniki kadrlar vardır.

 

Rayon İcra Hakimiyyəti Horadiz tikiş fabrikin təyinatına uyğun tam gücü ilə işləməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun artırılması, rayonda özəl sektorun inkişafına dəstək olmaq məqsədilə fabrikə sifarişlər verilməsi üçün aidiyyəti qurumlara müraciətlər etmişdir. 




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam