Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Qazaxda satıcılar bazar rəhbərliyinin özbaşınalıqlarından şikayətlənirlər

bazar

Yenixeber.org: Qazaxın mərkəzi bazarı rayonun ortasında yerləşir. Bazarın içi bol məhsulla dolu olsa da, satıcılar alıcı qıtlığından şikayətlənir, alıcılar isə qiymətlərin baha olmasından. Qazax bazarına, sadəcə, balıq və gündəlik ərzaq məhsulları almağa gələn Məhərrəm Göyüşoğlu da bahalıqdan gileylənir. Onun kimi rayonun çox sakinlərini də bazarlarda artan qiymətlər narahat edir. Həmsöhbətimiz olan satıcılar bazar rəhbərliyinin özbaşınalıqlarından şikayətlənirlər. Onların sözlərinə görə rəhbərlik digər satıcılardan artıq pul alaraq bazarın girişlərində onlara yer verir, bu da bazarın içində olan alverçilərin satışına təsir edir. Alıcı bazara girməmiş malını çöldən alıb qayıdır. Bazar nəzarətçisi isə ittihamların əsassız hesab edir, bazarın çöl hissəsində yer verdikləri şəxslərin qazi, şəhid ailələri olduğunu bildirir.(meydan.tv)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam