Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Biləsuvarda sel təhlükəsi ilə bağlı son vəziyyət ...

Biləsuvar Rayon İcra Hakimiyyəti sel təhlükəsi ilə bağlı rayondakı son vəziyyəti açıqlayıb.
Yenixeber.org: Mayın 31-i saat 02.00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması və əhalinin təhlükəsiz təxliyəsi məqsədilə RİH aparatı əməkdaşlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyevin, Rayon Polis Şöbəsinin rəisinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin əməkdaşlarının, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə xüsusi qərargah yaradılıb.
Qərargahın rəhbərliyi və aidiyyəti təşkilatların kollektivləri və texnikaları vasitəsilə gecə boyu görülən tədbirlər nəticəsində suyun bir hissəsi Bolqarçay su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.
Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən Amankənd kəndinin bir hissəsi, Yuxarı Ağalı və Muğan kəndlərinin əhalisi təhlükəsiz şəraitdə təxliyə olunub, sakinlərin mal-qarası və ətraf ərazidə heyvandarlıqla məşğul olan obalar ərazidən çıxarılıb.
Amankənd kəndi üzrə 45 təsərrüfatda 260 nəfər, Yuxarı Ağalı kəndi üzrə 164 təsərrüfatda 953 nəfər və Muğan kəndi üzrə 82 təsərrüfatda 477 nəfərin təxliyəsi həyata keçirilib. Görülən tədbirlər nəticəsində hazırda suyun səviyyəsi normal vəziyyətə düşüb, sel suları heç bir dağıntı və tələfata səbəb olmayıb. Kəndlərdən təxliyə olunan əhali öz evlərinə qayıdıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam