Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Göygöldə sel 4 kəndə ciddi zərər vurub, rabitə, qaz və elektrik xətləri sıradan çıxıb

Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl rayonunun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərindən sel keçib.

Yenixeber.org: Göygöl Rayon İcra Hakimiyyətinin rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, sel həmin kəndlərə ciddi zərər vurub.

Qeyd edilib ki, sel nəticəsində əsasən avtomobil yoluna, qaz xətlərinə, elektrik və rabitə təsərrüfatına həmçininin vətəndaşlara məxsus əkin və həyətyanı sahələrə zərər dəyib.

Bildirilib ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Vurğulanıb ki, hazırda hər 4 kənddə qazın və elektrik enerjisinin verilməsi qismən bərpa olunub. Eləcə də bu kəndləri birləşdirən avtomobil yolu təmizlənib və hərəkət bərpa edilib:

"Kənd daxili yollarda isə ciddi fəsadlar olmayıb. Son məlumata görə, vətəndaşlara məxsus müxtəlif markalı 5 avtomobilə zərər dəyib, obyektlərə və evlərə isə qismən ziyan dəyib. Hazırda komissiyanın əməkdaşları tərəfindən araşdırmalar aparılır, dəymiş ziyanlar hesablanır".

Xatırladaq ki, təbii fəlakət nəticəsində 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov selə düşərək dünyasını dəyişiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam