Redaktor seçimi
Solovyovun hiddəti, Simonyanın “qeyrəti” və inildəyən əsgərlər – 
Azərbaycan xarici siyasətində yeni istiqamət:
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia -
İranla nə baş verir, nə etməli? -
Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir -
İranda nə baş verir: etiraz, yoxsa inqilab? -
“Ağazadə”lərin eyş-işrəti... — Ayətullahlar şiələrin pulunu hara xərcləyir? /
“Laçın dəhlizi” əməliyyatı: Bakı nəyə hazırlaşır?-
Günün xəbəri

"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" -RƏY

 

"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb".

Yenixeber.org: Bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İranın Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın dövrdə Ermənistanın işğalçılıq siyasətinə verdiyi dəstəyini 44 günlük müharibə dövründə də davam etdirdiyinə dair kifayət qədər faktlar var: "Tehran rejimi müharibənin getdiyi günlərdə heç bir əsası olmayan “regionda terrorçular var” iddiasını gündəmə gətirmişdi və bununla əslində mövqeyini bəlli edirdi. Müharibədən sonra ortaya çıxan faktlar isə göstərdi ki, İran Ermənistana təkcə bəyanatlarla deyil, praktiki addımlarla da dəstək verib. Bunlardan biri Azərbaycan Ordusunun mövqeləri haqqında kəşfiyyat məlumatlarının Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına ötürülməsi idi. İran müharibənin başlandığı ilk günlərdə Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları qurub. 80 nəfərə yaxın hərbi-texniki heyətin təmsil olunduğu bu mərkəz Azərbaycan əsgərlərinin hərəkət trayektoriyası və mövqeləri, döyüş təyyarələrinin hava hərəkəti haqqında məlumatlar toplayır, toplanan məlumatlar da ermənilərə göndərilirdi".

 

Ekspert Vətən müharibəsinin ilk günlərindən İranın Azərbaycanla sərhəddə hərbi qüvvələr topladığını xatırladıb. O, müharibə zamanı bəzi mövqelərdə problemlərin yaşandığından, eləcə də əməliyyatların maneələrlə üzləşdiyindən söz açıb: "Məlumdur ki, Ordumuzun üzləşdiyi problemlərin yaranmasının səbəbkarlarından biri də məhz İranın Ermənistana ötürdüyü kəşfiyyat məlumatları olub. İnformasiya təminatı ilə yanaşı, İran Ermənistana başqa hərbi yardımlar da təklif edirdi. Misal üçün, “Bayraktar”ların vurulmasına yardım bu təkliflərdən biridir. Lakin İranda belə bir sistemin olmadığına görə buna nail ola bilmədilər. Bununla yanaşı, İranın Azərbaycanın suveren ərazisinə daxil olduğu, Xudafərin körpüsünə bayrağımız sancılandan sonra ordumuzu Zəngilan istiqamətində hərəkəti zamanı bu ölkənin əsgərləri ilə üz-üzə gəldiyi faktı da var. İran hərbçiləri bu addımı su anbarının təhlükəsizliyinin qorunması bəhanəsi ilə izah edib, lakin əsas məqsədin Azərbaycan Ordusunun əməliyyat şəraitinə maneələr yaradılması olduğu bəllidir. İran əsgərləri rəsmi Bakının diplomatik kanallarla etirazından sonra geri çəkiliblər. Müharibənin ilk günlərindən İran Azərbaycanla sərhəddə hərbi qüvvələr toplamışdı. Bunu döyüş əməliyyatının İran ərazisinə keçməsi təhlükəsinə qarşı tədbir kimi əsaslandırırdılar, hərçənd Ermənistana verdikləri hərbi yardımlar fonunda istisna deyil ki, Tehran rejiminin bu addımı da Azərbaycan Ordusuna qarşı yönəlmişdi. Bütün bunlar ictimaiyyətə məlum olan faktlardır, lakin İranın Ermənistana hərbi dəstəyinin bildiyimizdən daha böyük olduğu istisna deyil".

A.Nərimanlı vurğulayıb ki, eyni dəstək müharibədən sonra da həm hərbi, həm iqtisadi sferada davam etdirildi və yardımlar təkcə Ermənistana yox, həm də Qarabağda qalan separatçı-terrorçu rejimə göndərilirdi: "İran TIR-larının Xankəndinə yanacaq daşıdığı faktı məlumdur. İrandan yüzlərlə yük maşını Ermənistana gedir, orada da qanunsuz yolla Xankəndinə keçirdilər. Yük maşınlarında yanacaq daşındığını bilirik, lakin istisna deyil ki, yüklər təkcə yanacaq yox, həm də kiçikçaplı silahlar və hərbi təchizat olub. Bu fikri İranın yük maşınlarının Xankəndinə intensiv səfəri də gücləndirirdi. İran tərəfi əvvəlcə bunları təkzib edirdi, lakin faktlar ortaya çıxdıqdan sonra gizli yola əl atdılar. Belə ki, İrandan yük maşınları Ermənistana gedir, daha sonra dövlət nömrə nişanlarını dəyişdirərək Xankəndinə daxil olurdular. Azərbaycanın Gorus-Qafan yolunda iranlı sürücülərdən Xankəndinə yük daşınmasına dair rəsmi sənədi aşkarlamasından sonra Tehran rejimi fakt qarşısında qaldı. Bu gün belə Ermənistandan Xankəndinə “humanitar yardım” adı ilə aparılan yüklər arasında İranın payının olmadığına heç kim zəmanət verə bilməz. İran Ermənistana istər hərbi, istərsə digər istiqamətlərdə dəstəyini bu gün də davam etdirir və daha açıq şəkildə. Özünü İslam Respublikası adlandıran bu ölkə artıq seçimini İslam dəyərlərini təhqir edən Ermənistandan yana edib, bunu daha gizlətmirlər də. Əslində, bütün bu yardımlar, verilən dəstəklər İranın son 30 ildə həyata keçirdiyi siyasətin daha açıq müstəviyə keçməsidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam