Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulidə paralimpiyaçı çempion İlham Zəkiyevlə görüş keçirilmişdir

 

      "Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir"

 

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri kəşfiyyatçı əsgər, iradə gücü ilə bir çoxlarına nümunə olan paralimpiyaçı çempion, Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev yaralanaraq gözünün nurunu itirdiyi Füzuli rayonunda ictimaiyyət nümayəndləri ilə görüşünündə deyib.

Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında paralimpiyaçı çempion İlham Zəkiyevlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Qarabağ əlilləri, müharibə veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Rayon sakinləri yaralanaraq gözünün nurunu vətən yolunda itirən çempionu əsl qəhrəman kimi qarşılayıblar.

  Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, respublikamızda idmana, idmançılara göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, Birinci Avropa Oyunlarının başa çatmasından bir ay keçsədə bütün dünya, Avropa, o cümlədən, cəbhə bölgəsində yaşayan füzulililər oyunların hələ də təsirindədirlər.

Alı Alıyev qeyd edib ki, 18 yaşında hərbi xidmətə yollanan və kəşfiyyatçı kimi qulluq edən İlham Zəkiyev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və görmə qabiliyyətini itirib. Ancaq o, qələbə əzmini, həyatsevərliyini və iradəsinin gücünü qoruyub saxlaya bilib. İki dəfə paralimpiya çempionu, 2 dəfə Dünya, Beş dəfə Avropa çempionu olub. Ən nəhayət Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında 26 iyun Silahlı Qüvvələr Günündə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışdır. Prezident cənab İlham Əliyevin dediyi kimi İlham Zəkiyev doğrudanda cəsarət və ləyaqət simvoludur. Füzulililərdə İlham Zəkiyevi sevir, onunla qürur duyurlar.

Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə bu gündən İlham Zəkiyev Füzulinin fəxri vətəndaşı elan olunur.

        Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani çıxış etmiş, İlham Zəkiyevin həyat yolu barədə məlumat vermişdir.

        İlham Zəkiyev ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir. On altı il sonra yaralanaraq gözünün nurunu itirdiyi Füzuli rayonunda olmasından, ona rayonun fəxri vətəndaşı adının veriməsindən təsirləndiyini, qürurlandığını söyləmişdir. “Mənim gözlərim işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir. İnanıram ki, yaxın günlərdə biz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik, bayrağımızı Şuşada, Ağdamda Füzulidə dalğalandırıcağıq.”

        Qarabağ müharibəsi veteran, “Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov çıxış etmiş, keçmiş döyüşçülərini bu gündə döyüşə hazır olduğunu, Ali Baş Komandanın əmrini gözlədiklərini bildirmişdir.

Görüşü yekunlaşdıran Alı Alıyev bu cür tədbirlər gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmasına, ordu-xalq birliyinin formalaşmasına təsir edən vacib amillərdən biri olduğunu vurğulamışdır.  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam