Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulidə 9 May Qələbə günü qeyd olundu

 

 

 

"xeberinfo.com": Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu füzulililər tərəfindən rəğbətlə qarşılanır, onlar yaradılmış şəraitə, diqqət və qayğıya əməli işləri ilə cavab verirlər.

Sevindirici haldır ki, rayonda böyük vətən müharibəsi iştirakçılarına da daima diqqət göstərilir, onların qayğı və problemləri həll olunur.

Bu fikirlər Füzuli rayonunda alman faşizmi üzərində qələbənin 69-ci ildönümündə bir daha vurğulanmışdır.

Bildirilmişdir ki, Füzuli rayonundan Böyük Vətən müharibəsində 1318 nəfər iştirak etmişdir.  Onlardan yalnız 650 nəfəri geri qayıtmışdır.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışmış, hazırda Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulamışdır.

Rayon Veteranları onlara göstərilən diqqət və qayğıya görə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Faşizm üzrərində qələbənin növbəti ildönümü, 9 May Qələbə Bayramı münasibətilə rayondan olan 17 nəfər müharibə iştirakçısına ölkə başçısının tapşırığı ilə birdəfəlik maddi yardım olunmuşdur.

Qeyd edək ki, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin tapşırığı ilə  9 May Qələbə Günü münasibətilə müharibə veteranlarına bayram sovqatları paylanmışdır.  

Müharibə veteranları son vaxtlar gənclərin və yeniyetmələrin  hərbi  vətənpərvərlik  tərbiyəsinə rayonda ciddi  diqqət  yetirilməsinin  ölkədə  aparılan  siyasi  işlərlə  ahəngdarlıq  təşkil etdiyini bildirmişlər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam