Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gəncədə narazılıqlar artır... -PREZİDENTƏ MÜRACİƏT

 

                  Gəncədə narazılıqlar günü-gündən daha da artmaqdadır.

Yenixeber.org: Ötən gün "MUM.TV" YouTube kanalımızda yayımlanan erməni terrorunda zərərçəkmiş Gəncə sakinlərinin kütləvi narazılıqları ilə əlaqədar olaraq Gəncə şəhər İcra Hakimiyyətinə yaxınlaşdığımızda və oradakı sakinlərə qarşı özbaşınalıqları, saymazlıqları gördükdə, sakinlərin nə qədər haqlı olduqlarının bir daha şahidi olduq. (Bu barədə daha ətraflı növbəti materialımızda məlumat verəcəyik.)
Gəncə şəhər sakinləri deyir ki: - "Gedirik İcra Hakimiyyətinə dərdimizi deyək. Bizi qəbul edən İcra Hakimiyyəti işçiləri də, elə Niyazi Bayramov özü də masa arxasında yatır. Söz deyirik bizə məhəl qoymurlar".

Yeri gəlmişkən onu da qeyd edək ki, Gəncə şəhərindəki narazılıq təkcə haqqları mənimsənmiş terror qurbanlarından deyil, orada sakinlər şəhərin baxımsızlığından, mərkəzdən biraz aralı ərazilərdə yolların bərbad olmasından, işıqsızlıq, qazsızlıq və digər çatışmazlıqlardan da gileylənirlər.

E-mail ünvanımıza bir qrup Gəncə şəhər "Cavadxan" qəsəbə sakinləri tərəfindən göndərilən müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti

cənab İLHAM ƏLİYEVƏ

Surəti: Gəncə şəhəri İcra Hakimiyyətinin

başçısı cənab NİYAZİ BAYRAMOVA

Surəti: DogruXeber.az saytına

Gəncə şəhəri,Cavadxan qəsəbəsində yaşayan

Quliyev Vasif İsrafil oğlu və digər sakinlər

tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident, biz üçüncü dəfədir ki,Sizə müraciət edirik. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və digər aidiyyəti şəxslərə dəfələrlə müraciət etsək də, müraciətimizə heç bir əhəmiyyət verilmir və bizimlə ümumiyyətlə, əlaqə saxlanılmır.

Biz, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayırıq. Bu qəsəbəyə el arasında "Quşçular qəsəbəsi" də deyirlər. Cənab Prezident, biz işıq üzünə həsrətik. Belə ki, yaşadığımız ərazidə əhalinin çox olmasına baxmayaraq orda transformator yoxdur. Bizim yaşadığımız ərazi ilə transformatorun arasında 650 metr məsafə var. Ona görə də bizə elektrik xətti çəkmirlər. Elektrik dayağı bizim yaşadığımız evin 450 metrliyində var. Amma dəfələrlə müraciət etməyimizə baxmayaraq bizim evlərə elektrik xətti çəkmirlər.Yaşadığımız ərazidə su da yoxdur, yolu çox bərbad gündədir. Elm-texnikanın bu qədər inkişaf etdiyi dövrdə biz elektrik enerjisinə həsrətik. Qonşuların bir neçəsi işıq olmadığına görə gedib başqa yerlərdə kirayədə qalırlar. Evdə azyaşlı uşaqlar da var. Bizim başqa yerdə kirayədə qalmaq imkanımız yoxdur.

Xahiş edirik ki,bizim yaşadığımız ərazinin elektrik işığı ilə təmin olunmasına köməklik edəsiniz.

İmzalarımızı şəxsiyyət vəsiqələrimizin nömrəsi ilə təsdiq edirik:

Quliyev Vasif İsrafil oğlu AZE 15549265

Qarayev Aqşin Zahid oğlu AZE 16786973

Məmmədova Fərizə Kərim qızı AA 2887246

Tağıyev Zabit İbrahim oğlu AZE 03803143

Nağıyev Tural Əmiraslan oğlu AA 1916087

Bağırov Xəzani Xəqani oğlu AZE 14843188

Bağırov Firdovsi Fizuli oğlu AA 0091408 və başqaları 75 nəfər"(dogruxeber.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam