Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncəlilər gördüklərinə inanırlar-Mövqe


 Yenixeber.org: Son günlərdə Gəncədə baş verən hadisə ilə  bağlı məqsədli şəkildə bəzi Kütləvi İnformasiya vasitələrində və sosial şəbəkələrdə yazılan dezinformasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Bu da haqlı olaraq Gəncə saknlərində narahatçılıq yaradır. Lakin kim nə yazırsa yazsın, nə deyirsə desin Gəncə sakinləri gördüklərinə inanırlar.
Nizami yurdunun sakinləri 2011-ci ildən üzü bu yana kimi Gəncədə bir-birinin ardınca inşa edilən muzeylərin, parkların, abadlaşdırılan küçələrin, tarixi-memarlıq abidələrinin bərpasının, bu qədim şəhərin ən yeni tarixini yazıldığının şahidi olublar. İrimiqyaslı infrastruktur layihələrin, geniş abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi sayəsində şəhər insanların gözləri önündə gündən- günə gözəlləşib.
Yaxşı xatırlayıram, vaxtı ilə Gəncənin giriş hissəsi Alüminium zavodunun zəhərli tullantılarının təsirindən yararsız vəziyyətə düşmüşdür. Şəhərdə  yaşıllıq demək olar ki, yox dərəcəsində idi. Bu bizi  bir ziyalı  kimi narahat edirdi. Ölkə Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Elmar Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinə rəhbər vəzifəyə təyin edildikdən sonra qısa müddət ərzində aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində şəhər yaşıllıqlara qərq oldu, yeni görkəminə qovuşdu. Xüsusi ilə qeyd eləmək istəyirəm ki, ətraf mühit problemlərinin həlli istiqamətində görünməmiş miqyasda işlər həyata keçirildi. Ekoloji balansın qorunmasında şəhərdə gözəl bir landşaft yaradıldı. 450 hektar yararsız, boş sahədə dünyanın 5 böyük parklarından biri olan Heydər Əliyev parkı salındı. Dünyanın hər yerindən gətirilmiş ekzotik, yabanı, meyvə ağacları bir zamanlar yarasız torpaqlara yeni həyat verdi. Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli su xətlərinin və kanalizasiya sisteminin yenidən qurulması ekoloji istiqamətdə görülmüş ən vacib işlərdən oldu. Gəncə nəinki regionun, dünyanın ekoloji tarazlığının qorunduğu şəhərlərdən birinə çevirildi.
Gəncəlilər bu işlərin davamını gözləyirlər.
Sevda Əhmədova,
Gəncə  Dövlət  Universitetinin  professoru,
Biologiya elmlər doktoru.
 
Heydər Kərimov,
Gəncə Dövlət Universitetinin “Fəxri professoru”,
Kimya elmləri üzrə  fəlsəfə  doktoru.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam