Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Cəbrayılda qanunsuz tikili söküldü, ermənilərdən "...irsimiz dağıldı" tipik həyasızlıq -FOTO

Ermənilər bu gün azad olunmuş Cəbrayıl rayonunda qeyri-qanuni tikilinin sökülməsi ilə bağlı tipik həyasızlıqla hay-küy salıblar.

Yenixeber.org: Ermənistan mətbuatı utanmadan bunu “erməni mədəni irsinin dağıdılması” kimi təqdim edir. Ancaq özləri də bu kilsənin vaxtilə hərbçilər üçün qurulduğunu etiraf edirlər.

Onların özlərinin yazdığına görə, ermənicə “Surb Astvatsatsin” deyə adlandırılan bu “məbəd” işğal olunmuş ərazilərdə xidmət edən əsgərlərin köməyi ilə tikilib.

“Kilsə”nin tikilməsi ideyası ermənilərin hələ də “Mexakavan” deyə yazdıqları Cəbrayılda yerləşən hərbi hissənin keşişi Gevorq Abyan tərəfindən 2012-ci ildə verilib. Kilsənin tikintisi 2017-ci ildə başa çatdırlıb.

“Zabit və əsgərlər birlikdə bu kilsənin tikintisində iştirak ediblər. Ələ keçən hər vəsait, pul bu işə xərclənib. Hər bir daş sevgi ilə yerinə qoyulub”,- deyə Gevorq Abyan danışıb.

Maraqlıdır, bu “din adamı” erməni vandallarının xarabaya çevirdikləri Cəbrayıldakı evlərin daşlarının hansı “sevgi” ilə söküldüyünü, qədim Azərbaycan yurdunun viranə qoyulmasını necə izah edərdi?

Üstəlik, bu kilsə işğalçı hərbçilər tərəfindən və hərbçilər üçün tikildiyinə görə burada hansı “mədəni irsdən” danışmaq olar?
Azərbaycan heç bir halda öz ərazisində işğal simvollarının qalmasına icazə verə blməzdi və bu səbəbdən həmin qanunsuz tikili də işğalçılar kimi ortadan qaldırılmalı idi...

 

musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam