Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qubada -restorandan oğurluq edən gənclər saxlanılıb

 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən  və fəaliyyəti müvəqqəti olaraq dayandırılan restoranların birindən müxtəlif vaxtlarda bir ədəd elektrik generatoru, bir ədəd mühərrikli ot biçən, bir ədəd su nasosu və restorana məxsus digər əşyaların oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Sərdar Məmmədov, Tehran Cavadov və Ağamusa İsakov saxlanılıblar.

Saxlanılan şəxslər törətdikləri oğurluq əməlləri etiraf edərək, oğurluq yolu ilə əldə etdikləri qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

 Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam