Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllı sakini oğurladığı avtomobili -evakuatorla geri göndərdi

 

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra, o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Əziz Şıxıyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməmiş və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.  

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam