Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısı Vidadi İsayev vətəndaşa məxsus ərazini qanunsuz yolla öz qohumunun adına sənədləşdirib? –ŞİKAYƏT

 

 Bərdə rayon Gərənə kəndinin sakini Elşən Mənsimli Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin, onun atası Nəbi Abdullayevə məxsus torpağı qanunsuz yollarla öz yaxın qohumun adına sənədləşdirdiyini iddia edir.
Yenixeber.org: Bu barədə redaksiyamıza məlumat verən E. Mənsimli iddia edir ki, icra hakimiyyətinin nümayəndələri atasına məxsus olan torpağın sənədlərini yeniləmək üçün ondan böyük məbləğdə maddi vəsait istəyiblər:
“Mənim atam Abdullayev Nəbi Mənsim oğluna məxsus, Bərdə-Yevlax şosesi üzərində, Gərənə kəndinin yaxınlığında yerləşən “Kəpəz” Kooperativi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən qanunsuz yolla, sənədlər saxtalaşdırılaraq, özünün yaxın qohumu Yevlax rayon sakini Eldar Əmrahovun adına keçirilib. Mən atamın ölümündən sonra sənədləri yeniləmək istəyirəm, amma məndən böyük məbləğdə pul tələb edirlər. Mənim bu məbləği onlara verməyə maddi imkanım çatmır. Artıq neçə ildir ki, mənə “daha bura sənin deyil, satılıb” deyirlər. 10 gündən artıqdır ki, kooperativin daşla tikilmiş hasarını və dəmirdən olan qapısını söküblər. İcraya qəbula düşə bilmirəm, başçının qorxusundan heç kim mənə cavab verməyə cürət etmir”.
Elşən Mənsimli “Kəpəz” Kooperativinə məxsus ərazinin sənədlərini də redaksiyamıza təqdim edib.











Məsələ ilə bağlı  Bərdə Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, zənglərimizə cavab verən olmadı.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam