Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bağlanan bankların əmanətçiləri:“Bizə 15 min dolların əvəzində 6 min dollar verirlər”


Lisenziyaları ləğv olunmuş və müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuş “AGBank” və “NBCBank”ın əmanətçiləri öz əmanətlərini ala bilmirlər.
Yenixeber.org: Bu barədə müraciət edən vətəndaşlar, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əməl edilmədiyini və 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi barədə qərar olmasına baxmayaraq hələ də əmanətlərini ala bilmədiklərini deyirlər. Binəqədi rayon sakini İradə Əliyeva iddia edir ki, “AGBank” 2017-ci ildən depozit götürməməli olduğu halda bunu edirmiş:
“2019-cu ildən “AGBank” əmanətçisiyəm. Əlimdə sığorta, müqavilə olduğu halda banka qoyduğum əmanəti ala bilmirəm. Nəinki mən, “AGBank”dan heç kəs əmanətini ala bilmir, dedilər iyunun 16-dan etibarən əmanətlər verilir, 1 nəfər belə əmanətini ala bilməyib. “AGBank” əmanətçilərini “Beynəlxalq Bank”a yönləndiriblər. Getdim, dedilər səhvlik var, gedin Əmanətlərin Sığortalanması Fonduna. Getdim ADIF-a dedilər blokdasınız, məhkəmə olacaq, gözləyin. Dedim blok olmağıma səbəb nədir? Dedilər bank 2017-ci ildən depozit götürməməli imiş. Dedim müqavilədə yazılıb ki, bankda bir problem olduqda bununla bağlı insanlara KİV-də məlumat verilməlidir. Ancaq bir cavab verirlər ki, səbr edin, məhkəmə olacaq. Dünən isə xəbər çıxdı ki, Əmanətlərin Sığortalanması Fondu deyib ki, məhkəmə olmayacaq. Hər gün bir yalan, bir bəhanə. Bizə isə bir cavab verilir ki, səbr edin. “AGBank” 3 ildir saxtakarlıq, özbaşınalıq edib, indi bunun əziyyətini ,stresini biz vətəndaşlar çəkirik”.
Bakı şəhər sakini Qasımova Rəsmiyyə bildirir ki, “AGBank”da 15 min dolar əmanəti olduğu halda, ona cəmi 6 min dolar verirlər:
“Mənim depozitlərim 2016-cı ildə qoyulub və mən praktiki olaraq hər il onların müqaviləsini təzələmişəm. 2016-cı ildən mən oradan pul çıxarmamışam. Mənim 15 min dolar əmanətimin əvəzində bunlar mənə 6 min 70 dollar verirlər. Kimə necə gəldi “atırlar”. Deyirlər ki, “blokdadır”, bu nə blokdur? Əmanət birdəfəlik verilir. Mən ona razı olsam, artıq ikinci dəfə mənə konpensasiya ödənilməyəcək. Əgər bunların depozit qəbul etməyə icazəsi yox idisə, bu əmanətçinin günahıdırmı? Banklarda rüblük yoxlamalar olur, auditlər gəlir, bəs necə olur ki, bu hallar gözdən qaçıb. Biz Mərkəzi Bankın lisenziyasına inanıb bu banklara depozit qoymuşuq. Bizi çox incidirlər, ADIF-ə də zənf edirsən, dəqiq məlumat vermirlər. Deyirlər ki, iyulun 15-ə kimi həll edəcəyik amma, heç bir rəsmi məlumat vermirlər”.
“NBCBank”ın əmanətçisi Abşeron rayon sakini Gülbəniz Kazımova da, eyni problemlə redaksiyamıza müraciət edib.
Sumqayıt sakini Bəylərov Cümşüd, “AGBank”da 50 min manatdan çox əmanəti olduğunu, göstərilən tarixdə bu əmanətin verilib-verilməyəcəyini bilmədiyini deyir.
Xatırladaq ki, may ayının 22-də Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib və kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyaların iki mərhələdə qaytarılacağını açıqlayıb. Açıqlamada 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların 16 iyun 2020-ci il tarixindən, 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların isə 15 iyul 2020-ci il tarixindən başlayaraq veriləcəyi göstərilir.
Qeyd edək ki, bu il may ayının 12-də kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə AMB-nin İdarə Heyəti “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank”ın və “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank”ın lisenziyaları ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Məsələ ilə bağlı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam