Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

«Qarabağ» qəzetinin redaktorunun «söyüş strategiyası»

 

  

Yenixeber.org: Sosial şəbəkədən «Qarabağ» qəzetinin əməkdaşı Əntiqə Rəşidin qəzetin erməni əsilli redaktoru Çingiz İsmayılov tərəfindən qanunsuz olaraq, işdən çıxarılmasından çoxlarınız xəbərdarsınız. Jurnalist Ə. Rəşidin həyat yoldaşı, AVMVİB üzvü, müharibə əlili İsmayıl Novruzovun AVMVİB-nə etdiyi müraciəti əsasında Qarabağa qayıtmaq istəyiylə sosial şəbəkədə Ali Baş Komandan cənab İlham Əliyevə müraciət etmiş həyat yoldaşı, jurnalist Əntiqə Rəşidin qanunsuz işdən çıxarılması barədə yazı yayınlamışdıq. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi 67 minlik veteranlar ordusu adından bu məsələ ilə bağlı ölkənin Ali Baş Komandanı cənab İlıham Əliyevə müraciət qəbul edib.

Lakin «ağıllı» qərar qəbul etmək əvəzinə, kimlərinsə sifarişiylə getməyə üstünlük verən Çingiz İsmayılov bu yazını sizə, həm də aidiyyatlı orqanlara ünvanlayıram. Diqqətlə oxuyun. Bu yazı, təhsilli bir jurnalistin və bu savaşda hər kəsin xəyanətini, şücaətini araşdıra bilən bir döyüşçünün yazısıdır.

Öncə bildirim ki, erməni əsillilərin fəaliyyətini daim diqqətdə saxlayan biri kimi, daim 3 nəfər anası erməni olan qəhrəman şəhidimizi xəyanət yolu seçənlərə örnək göstərmişəm. Ana qədər atanızın da üzərinizdə haqqı oduğunu və hətta ermənilərin vətənə Ana yurd deyil, Ata yurd demələrini bu şurduvazlara xatırlatmışam. Amma bu gün ata haqqını ayağı altına qoyub «erməniyə dayı deyənlərin» yalnız erməni təəssübkeşliyinin və anti milli davranışlarına şahid olduqca, susmaq mümkün deyil. Bu şurduvazlar saxtakarcasına hakimiyyətdə olanlara yarınmaqla, düşmənin sifarişlərini yerinə yetirdiklərinin şahidləri olmaqdayıq. Bir faktı xatırlatmaq yerinə düşər.

Hər kəsin anti milli və anti türk mövqeyi ilə yaxşı tanıdığı erməni əsilli Arif Rəhimzadə 1991-ci ildə Ağdərə rayonu Xatınbəyli kəndində məktəbdə Heydər Əliyevin portreti olan müəllimlər otağında iclas keçirməkdən imtina edib, acıq eləmişdi. Orada müəllimlərin etirazını görüb Heydər Əliyevin ünvanına nalayiq sözlər də işlətmişdi. Xatırladım ki, 1987-ci ildə H. Əliyev Siyasi Bürodan çıxarılanda onun şəklini çərçivəyə alıb müəllimlər otağından asmışdıq. Ermənilər xəbərdarlıq etsə də, o şəkil çıxarılmamışdı. SSRİ-nin saxlanması referendiumunu təbliği üçün digər kəndlərə gedən Arif Rəhimzadə, sonra geri qayıdaraq, bir neçə nəfəri yığmış və o fotonu zibil yeşiyinə atıb təbliğatını apararmışdı. Bu gün o şəkli müdafiə edən müəllimlər hələki sağdır. Maraqlananlara ünvanlarını verə bilərəm. Yəni bu adamların səmimiyyəti də ermənicə olmasını çatdırmaq üçün bu tarixi faktı diqqətinizə çatdırmağı özümə borc bildim. Üstəlik, H. Əliyevin əleyhinə Moskvaya azərbaycanlılar adından vurulan teleqramlar da bu adamların əliylə həyata keçirilmişdi.

Dəyərli yazarımız Mahir Qabiloğlu öz facebook səhifəsində maraqlı bir paylaşım etmişdi. O paylaşımı diqqətinizə çatdırıram: …»Hәmәn illәr Bakıda tәbii nifrәtdәn, qisasdan, qәzәbdәn doğmuş ermәni ovu başlanmışdı.

İntiqam alovuyla yanan cavanlar, Vәtәn Mәcnunu Xәlil Rza da ev-ev, hәyәt-hәyәt, zirzәmi-zirzәmi gәzib ermәni axtarırlarmış. Nә cür olursa gәlib çıxırlar Maştağaya – bilә-bilә ki, mәhz o kәnddә, qәsәbәdә ermәni ya heç olmaya, ya çәtin ola. Ancaq necәdü sәninçün, bir hәyәtdәn azәrbaycanca danışan yaşlı ermәni qadınının sәsi gәlir. Hәyәtә girib arvadı saçlayıb sürümәk istәyәndә bir cavan kişi әlindә qoşalülә, barmağı tәtikdә çıxır “ovçuların” qabağına, tüfәngi tuşlayır üstlәrinә. – U (yәni “o”) mәnim anamdu, u mәni doğub, gedüz atamnan haqq-hesab çekün. Çıxın, yoxsa doldurram qarnuvuzu…» (Qabil — «Bu kitab» məqaləsindən).

Bu səmimi bir mövqedir, Çingiz İsmayılov, amma siz, neçə illərinizi jurnalist kimi yaşamış biri kimi yazdığınız «anaların milləti olmur» açıqlaması səmimi deyildi. Çünki uşaq da bilir ki, millət analardan başlanır. Amma bu artıq bizim üçün problem deyil.

Bu illər ərzində Qarabağ faciələrinin baiskarları haqqında heç nə isə yazmısınızmı? Ermənilərlə orda-burda görüşlərdən başqa hansısa əməlinizi ortaya qoya bilərsinizmi? Yaxud «Qarabağ» qəzeti adına əks tərəfə bircə güllə atmağa özünüzdə təpər tapmısınızmı?

Gərək ki, 1995-ci ildə Dağlıq Qarabağdan olan azərbaycanlı juurnalistlərlə erməni jurnalistlərin ABŞ-da görüşü nəzərdə tutulmuşdu. O təşkilatın dəvətini mənə «Gənclik» jurnalında keçmiş iş yoldaşım Çingiz Sultansoy demişdi. Digər jurnalist isə şuşalı Hikmət Sabiroğlu idi. İkimiz də Dağlıq Qarabağdan idik. İnturistdə kameralar qarşısında onlar bir-neçə sual verdilər. Birinci sual təxminən beləydi: » Qarabağda ermənilərlə birgə yaşayışa və geniş muxtariyyət verilməsinə necə baxırsınız?» Mən cavab verdim ki, Qarabağa geniş muxtar hüquqlar vermək olar, amma bircə şərtlə»…

Amerikalı «o şərtin nədən ibarət olduğunu» soruşdu. Dedim ki, «şərt ondan ibarətdir ki, Qarabağda gərək, bircə nəfər də olsun, erməni qalmasın.«

Sonrakı sual isə meşədə erməni ilə qarşılaşmaq barədə idi. Amerikalı nə düşünəcəyimi soruşdu. Cavabım: «Xocalıda tökdükləri qana görə, öldürülmüş insanlar naminə o ermənini necə öldürəcəyimi düşünərdim»…

Hikmət Sabiroğlunu da o görüşə aparmadılar. Siz Dağlıq Qarabağdan olmaya-olmaya o görüşə getdiniz. Gedişiniz bir yana qalsın, amma bu suallara nə cavab verdiyiniz çox maraqlıdır.

İndi yəqin ki, o vaxt verdiyiniz cavablar yadınızdan çıxıb. Amma bir sual daha var: «Stepanakertdə nə əcəb sizi işə götürmüşdülər?» Özü də azərbaycanlılara qarşı əsil diskriminasiya siyasəti yürüdüldüyü bir vaxtda.

Bu gün sosial şəbəkədə yandaşlarınız şəxsən məni sifarişlə yazmaqda, güya «Qarabağ» kimi bir informasiya «ruporuna» qarşı çıxmaqda günahlandırırlar. Yaxud da yazırlar ki, Çingizin erməniliyi niyə Əntiqə Rəşid işdən çıxarılanda yada düşdü? Özü də bu sualları verənlər o kəslərdir ki, illərdir bu adamla birgə və çiyin-çiyinə addımlayırlar.

Bu sadə suallara tam aydınlıq gətirmək üçün yazını, müharibə əlili İsmayıl Novruzovun AVMVİB-nə etdiyi müraciətlə başladım. İkinci suala gəlincə isə Əntiiqə Rəşidi yalnız bu olaydan sonra tanıdım. Üstəlik, heç kimin diqqətini cəlb etməyən, varlığı ilə yoxluğu bilinməyən «Qarabağ» adlı bir qəzetin olduğunu da onun sayəsində öyrənmiş olduq. Qəzet kollektivi bu «reklam» üçün Əntiqə xanıma minnətdar olmalıdır. Məncə bu suallara yetərli cavab verdim və 1990-cı ildən «Gənclik» jurnalından başlanan jurnalistlik fəaliyyətim boyunca heç zaman sifarişlə yazı yazmadım və bu gündən sonra çətin ki, sifariş qəbul edəm.

Elə məfhumlar var ki, millət üçün tabulaşır. Milli heysiyyət məsələsinə çevrilir. Bu gün bu davanı Qarabağ savaşının kiçik bir addımı kimi qəbul edirik. Çünki bu savaşın iştirakçıları olmuş hər kəs, məhz içimizə sızmış bu kolon nümayəndələrinin nələr etdiklərini çox gözəl bilir. Ona görə də «Qarabağ adlı bir qəzetin başında erməni əsilli bir şəxsin dayanması, öncə ağdamlılar üçün, şuşalılar üçün, bütün qarabağlılar üçün və keçmiş döyüşçülər üçün təhqir kimi qəbul olunacağı şəksizdir. Çox güman ki, bu günədək deşifrə edilmədiyinə və tanınmadığına görə səs çıxaran olmayıb.

«Qarabağ» qəzeti adına uyğun heç bir missiyanın daşıyıcısı deyil. Vərəqlədiyim nüsxələr daha çox yadıma Qriqoryanın danoslarını dərc edən «Lenin yolu» qəzetinin nüsxələrini saldı. Əslində isə bu qəzet Qarabağ təəssübkeşliyinə görə yaşadılmış olsaydı, onun strateji hədəfləri olmalıydı. İşğalda olan torpaqlarla bağlı informasiya savaşında öncül olmasa da, heç olmasa 100 qəzet arasında, elə 100-cü olardı. Amma yoxdu.

Belə çıxır ki, bu da bir sifarişdir. Düşmən əlbət ki, bu adda bir qəzetin olmasını istəməz. Çünki informasiya savaşında bu adın özü əlavə dvidend sayıla bilər. İnformasiya savaşında münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) haqqında bu qəzetdə heç bir informasiyaya rast gəlmədikdən sonra hər şey gün üzünə çıxır.

Beləliklə, jurnalistika sahəsində illərlə gün keçirmiş Çingiz İsmayılovun şedevrlər yaratması absurddur. İnformasiya savaşında mübarizə aparma faktı da mövcud deyil. Beynəlxalq arenada gedib erməni əli sıxmaq, Sarkisyana təbəssüm göstərməkdən qeyri bir nailiyyət ortada yoxdur. Perespekivə baxınca isə Ç. İsmayılov və onun komandasının məqsədi düşmənə qarşı mübarizə deyil, Əntiqə Rəşidə qarşı mübarizə olduğunu görürük.

«Rüzgar əkən, fırtına biçər»-deyiblər. Jurnalisti işdən kənar vaxtlardakı fəaliyyətinə görə, Ali Baş Komandana müraciət edərək, Qarabağı geri qaytarmasını istədiyinə görə, qanunsuz olaraq, işdən çıxaran Çingiz İsmayılov, işçisini məmurlar əleyhinə status yazmaqda da günahlandırır. Anlamadığım bir şey var ki, görəsən redaktoru hansı məmur vəkil, yaxud da kirvə tutub?

Image result for qarabağ qəzeti

Cənab redaktor, bunca illərini jurnalistikada yelə verdiyin bəllidir. Bunca illər yerinə yetirilmiş öhdəlik də ortadadır. Bundan sonra redaktorluğu illərdir o qəzetdə çalışan inandığın birinə dövr et və çəkil bir kənara. Əgər ata yurdun Ağdama, çörəyiylə böyüdüyün Qarabağa hörmətin varsa, «Qarabağ» qəzetini azad et!

Amma bu yaşda gedib hakimin hüzurunda və məhkəmə salonunda qadınlara «yazılması mümkün olmayan» söyüşlər yağdırırsınız. Bax, gen belə şeydir. Gec-tez özünü biruzə verməlidir. Bunun adı bilirsiniz nədir? Xocalıda, Qaradağlıda və onlarla faciələrə meydan olan yurd yerlərimizdə qoca, qadın, körpəyə fərq qoymayanların adı nəydisə, odur.

Bu həssas dönəmdə onlarla döyüşçünün sizi «ziyarətini» önlədim. Biz hakimin ədalətli qərarına inanırıq. Ali Baş Komandanın savaş öncəsi daxildə aparacağı təmizləmə prosrslərinə inanır və yardımçı olmağa çalışırıq.

Bir daha üzümü qarabağlılara tuturam. «Qarabağ» qəzetinin başında erməni əsilli birinin olmasını qəbul edirsinizmi?

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidməti



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam