Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İnam Kərimov Azərbaycanın Kənd Təsərrüfatı naziridir, yoxsa Uruqvayınmı?


 
           

 Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun Uruqvaya səfəri gözlənilir.
Yenixeber.org: Bunu Azərbaycanım Uruqvaydakı səfiri Rəşad Aslanov elçimiz olduğu ölkənin El Pais” nəşrinə açıqlamasında bildirib. 
Səfirin sözlərinə görə, əslində bu səfər çoxdan planlaşdırılıbmış. Fəqət koronavirus pandemiyasının yayılması nazirlə yanaşı, bir qrup iş adamı və mütəxəssisinin hələ martda planlaşdırılan səfərlərinin təxirə salmasına səbəb olub.


 
Bununla belə, Uruqvaydakı səfirliyimiz nazir İnam Kərimovun rəhbərliyi altında nümayəndə heyətinin bu ölkəyə səfərinə ciddi şəkildə hazırlaşır. Səfirin dediyinə görə, İnam Kərimov və onun komandası Uruqvaydan mal-qara və düyü almaq üçün bu səfərə çıxmaq niyyətindədir. Səfərin əsas məqsədlərindən biri də uruqvaylıların mal-qara yetişdirmə təcrübəsini öyrənib Azərbaycana tətbiq etməkdir.
 
Bura qədər hər şey çox normaldır. Hər bir nazirin işi rəhbərlik etdiyi sektorun inkişafına çalışmaq olduğundan İnam Kərimovun da mal-qaranı necə saxlamağı öyrənmək və ölkəmizə bizdə az yetişən düyü gətirmək üçün yayın bu cıracırında tər tökə-tökə dünyanın o başına (Baxmayaraq ki, Uruqvay indi özünün sərin fəslini keçirir) getməsi təqdirəlayiqdir. Hətta bu təşəbbüsə görə ona Azərbaycan boyda desək, balaca olar, Uruqvay boyda “afərin” düşür. 
 



Şəkildə: Cənab nazir İnam Kərimov ötən il Uruqvay nümayəndə heyətini qəbul edərkən


Amma açıqlamanın bundan sonrakı hissəsi İnam Kərimovu çətin vəziyyətdə qoyacaq mahiyyətdədir. Zira Rəşad Aslanovun sözlərindən belə çıxır ki, KTN-nin nümayəndə heyətinin məqsədi yalnızAzərbaycanın düyü ehtiyaclarını qarşılamaq deyil. Onlar həmçinin Orta Asiyanı da Uruqvay düyüsü ilə təmin etmək barəsində də düşünürlər.
 
 “Düyü Azərbaycanın və yüksək səviyyəli nəqliyyat-kommunikasiya əlaqələrimizin olduğu Orta Asiya ölkələrinin ənənəvi istehlak malıdır. Odur ki, bütün regiona ixrac baxımından sərfəli bazar mövcuddur. Digər yandan, Uruqvayın Azərbaycanda diplomatik nümayəndəlik açması ona öz məhsullarını tanıtmaq, 300 milyon əhalisi olan regionun bazara çıxmaq imkanı verərdi”, - R.Aslanov belə deyib. 


 
Səfirin bu sözləri istər-istəməz “KTN hara, başqa ölkənin ixracat problemləri ilə məşğul olmaq hara?” sualına yol açır və “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir” atalar sözünü yada salır. Axı KTN-nin təyinatı transmilli və ya transkontinental ticarətlə məşğul olmaq yox,  öz ölkəsinin aqrar sektorunu inkişaf etdirməkdir. Bu nazirlik ixracat haqqında düşünəcəksə, beynini yerli fermer təsərrüfatlarının məhsulları üzərində yormalıdır. İqtisadi böhran keçirən, loru dillə desək, qəpiyə güllə atan Azərbaycan niyə əlində-ovcunda qalan 5 quruşu da Uruqvayın fermer təsərrüfatının inkişafına sərf etməlidir? Ümidvarıq ki, KTN bu müəmmalara aydınlıq gətirəcək.(ovqat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam