Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İnam Kərimovun ictimaiyyətdən gizlədilən səfəri və 16 layihə... -ŞÜBHƏ

İnam Kərimovun ictimaiyyətdən gizlədilən səfəri və 16 layihə...
Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Türkiyənin İzmir şəhərində keçirilən BMT-nin Qida və Əkinçilik Təşkilatı (FAO) ilə alimlər tərəfindən hazırlanmış “Türkiyədə biyoçeşitlilik” kitabının təqdimatında iştirak edib.

Yenixeber.org: Cənab nazirin həmin səfəri tam məxfi gerçəkləşdirməsi və bu ziyarət barədə məlumatların ölkə ictimaiyyətindən gizlədilməsi təəccüb doğurmaya bilməzdi. Lakin nazir Kərimovun həmin təqdimatdakı çıxışın ilə tanış olduqdan sonra belə qənaətə gəldik ki, məhz həmin çıxışda səsləndirilən fikirlərə görə diqqətin qeyd olunan səfərə çəkilməsi istənilməyib.

Bəs İnam Kərimov kitab təqdimatında nə deyib? Bu barədə Türkiyə mətbuatı yazır:

“Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da Türkiyənin dəstəyi ilə Azərbaycanda orqanik əkinçilik və balıqçılıq da daxil olmaqla 16 layihəni həyata keçirdiklərini söylədi”.

İnam Kərimovun ictimaiyyətdən gizlədilən səfəri və 16 layihə...

“Keyfiyyətli ərzaq tədricən azaldır, təbiətə zərər vermədən araşdırmalar aparılmalıdır”, söyləyən Kərimov, “Zəngin ekosistemdən faydalanmalı və torpağa vuurlan zərəri azaltmalıyıq. Əsas hədəflərimizdən biri təbiətin bizə verdiyi qaynaqlardan faydalı şəkildə istifadə edərək qida təhlükəsizliyini təmin etməkdir”, deyib. ( Mənbə: https://www.bloomberght.com/bakan-pakdemirli-tarim-topraklarimiz-avrupa-nin-en-az-kirletilmis-topraklari-arasindadir-2215291 )

Sual olunur: qardaş respublika ilə balıqçılıq da daxil olmaqla orqanik qida yetişdirilməsi üçün 16 layihə həyata keçirilirsə, yaxud keçiriləcəksə, bu işlərdən ölkə ictimaiyyəti xəbər tutmalı deyilmi? Niyə bi layihələr barədə mediaya məlumat verilmir?

Bu yazı hazırlanan zaman Nazirliyin rəsmi veb-səhifəsini də ələk-vələk etdik ki, bəlkə sözügedən layihələr barədə hər hansı bir məlumata rast gələk, təəssüf ki, heç nə tapmadıq.

Bu layiələrdə konkret olaraq hansı məhsulların və harada yetişdirilməsini nəzərdə tutulur? Nə qədər və kim tərəfindən investisiya qoyulur? Bu məhsulların hara və necə satılması planlaşdırılır?

Bu suallara Nazirlik aydınlıq gətirsə, pis olmaz. \\pia.az\\

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam