Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet-Həbslər ordudan yan keçməyəcək

 

 Yenixeber.org: Konstitusiyamızda şəxslər arasında -istər kəndçi oğlu olsun, istərsə də nazir oğlu olsun. Heç bir fərqi yoxdur. Qanun hər kəs üçün eynidir. Ancaq Azərbaycan reallığında bu, var. Hərbi xidmət zamanı ayrı-seçkilik edilir.
Hər kəsə məlumdur ki, hərbi hissələrdə “tapşırma” üsulları çox keçərlidir. Varlı insanların övladlarına, qohumlarına, vəzifəli şəxslərin yaxınlarına, dostlarının övladlarına fərqli yanaşırlar. Bəziləri hərbi xidmətdə özlərini istirahətdə olduqları kimi hiss edirlər. Onlara bu şərait qanunsuz olaraq yaradılır. Məmur övladlarının hərbi xidmətə getməməsi cəmiyyət içində də danışılır və heç də yaxşı qarşılanmır. Bəzi vətəndaşlar “Müharibə olsa, getməyəcəm. Hansısa varlının, məmurun oğlu qaçıb gizlənəcək, mən isə döyüşəcəm?” kimi sözlər deyirlər. Əgər məmur övladları hərbi xidmətə aparılarsa, bunun cəmiyyətdə “Niyə ancaq bizim balalarımız əsgər gedir, niyə ancaq bizim övladlarımız orduda ölür” sual-ittihamının qarşısını ala biləcəkmi? 
Gundelik-baku.com bildirir ki, xüsusən polkovnik –leytenant Rəşad Quliyevin vaxtında başçılıq etdiyi Mərkəzi Ordu İdman Klubu sanki, açıq bazara dönmüşdü.
Hərbi hissənin qarşısındakı bahalı və ən son modellər burda “xidmət çəkən” məmur balalarına məxsus idi.
Bura düşməyin ucuz olmadığı hər kəsə məlumdur. Oliqarx övladları üçün 40-50 min manat demək olar ki , heç nədir.
İndi bu rəqəmi 10-ə, 300-ə vurun, ilə, aya vurun-görün nə rəqəmlər alınacaq. Rəşad Quliyevin və generalitetin yağ-bal içində üzməsi aydınlaşacaq. Özü də müharibə aparan ölkədə.

 Bir neçə il əvvəl tanınmış jurnalist İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı facebook-da status yazmışdı. 
 “Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi. 
Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya  (MOİK-red)getməyim?"
Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.”
Bax belə, indiyənədək də dəyişən heç nə yoxdu. Zakir Həsənov təyin ediləndən ancaq gurultulu bəyənatlar verib. 
Ayrı-seçkilik edilən, məmur oğlu sıravi vətəndaşdan üstün tutulan  ordudan yüksək nəticələr gözləmək olarmı? Bu sualın cavabını isə DTX–nın orduda   aparacağı əməlliyyatlar verəcək. Bax onda Rəşad Quliyevin və onun havadarlarının  əməllərinə tam hüquqi qiymət veriləcək.
Bura hələ Bakı şəhərindən başqa yerlərə köçürülmüş hərbi hissələrin  ərazilərinin qaranlıq taleyi ilə bağlı məsələlər də daxildir.  Onların təyinatı necə dəyişdi və yaxud kimlərə satıldı. Elə ərazilər var idi ki, mərkəzdə idi və sotu 200 minə dəyərləndirilirdi.
Gələcəkdə bu ərazilərin kimin imzası ilə satılması və kimlərin arasında bölüşdürülməsi ,tikintidə ,ərzaq və geyim təminatı ilə bağlı kimlərin tərəfindən tenderlərin himayə olunaraq qalib gəlməsinə aydınlıq gətirəcəyik. Mədəniyyət Nazirliyi ilə Müdafiə Nazirliyi arasında olan məktublar sövdələşmisi də tərəfimizdən işıqlandırılacaq. Bizi izləməyi unutmayın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam