Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir uşaqları döyüş bölgəsinə göndərilir

 

 

    “Qudurğan” məmur övladları zorla əsgər aparılacaq

 

  Hakimiyyətin “xalq açılımı”nda yeni faza, səsi Londondan, Vaşinqtondan, Parisdən gələn, nəhəng şirkətlərin rəhbəri olan yüksək vəzifəli şəxslərin övladlarının mundiri dəyişdirilir; onları “sıravi Əhməd” taleyi gözləyir... 

 

  "xeberinfo.com": Azərbaycanda hərbi çağırışa qəbul qaydaları dəyişdirilir. Bununla bağlı yayılan məlumata görə, yeni qaydalara əsasən təhsil keçmiş və ilk çağırışçılar olan hərbi qulluqçuların  hərbi xidmət müddəti artırılacaq və onların hərbi qulluq müddəti təhsilsizlərlə bərabər tutularaq iki il müddətində olacaq. Amma ən böyük dəyişiklik heç də bu deyil. Yeni dəyişiklik müxtəlif şərtlərə görə həqiqi hərbi xidmətə getməyən şəxslərlə bağlı yeni qaydaların tətbiq olunmasıdır. Məlumata görə, bununla bağlı Müdafiə Nazirliyi yeni direktivlər hazırlayıb. Bu sənəd artıq Prezident Administrasiyası tərəfindən müsbət rəylə yaxın həftələrdə parlamentə göndəriləcək.
 
      Bununla bağlı aldığımız məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməyən və ya hərbi qulluqçu olmayan şəxslər dövlət orqanlarında hər hansı vəzifə tuta, dövlət sirrini daşıyan hər hansı qurumda işə götürülə bilməzlər. 
     Bu qanun layihəsi onu da şərtləndirir ki, xaricdə təhsil alan və qanunla heç bir güzəşt olmadan indiyədək ordudan yayındırılan məmur övladları da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qoşun növlərinin tərkibində həqiqi hərbi xidmət keçməyə məcbur olacaqlar. Ordudan yayınan, amma ölkədə məşhur olan, eləcə də xaricdə guya böyük iş aparan məmur balaları orta və kasıb təbəqədən olan vətəndaşların övladları ilə bir səngərə göndəriləcək.
Bu dəyişikliyin açması ondan ibarətdir ki, hakimiyyət bununla indiyə qədər cəmiyyətdə “Niyə ancaq bizim balalarımız əsgər gedir, niyə ancaq bizim övladlarımız orduda ölür” sual-ittihamının qarşısını almağa çalışır.
Mənbəmiz iddia edir ki, bu məsələ həm də prezident İlham Əliyevin oğlunun təvazökar həyat tərzini əks etdirən videokadrların yayılmasından sonra aktuallaşıb.
Prezident oğlunun son günlər yayılan fotoşəkillərindən görünür ki, Heydər Əliyev ölkənin rəhbərinin oğlu olmasına baxmayaraq,  təvazökar həyat tərzi keçirir və tələbəlik həyatını adi qaydada yaşayır. Amma onun atasının rəhbərlik etdiyi hakim komandanın üzvləri və onların övladları haqda bu ifadələri işlətmək mümkün deyil.
Araşdırmalar zamanı məlum olub ki, harınlıq edən məmur övladları bircə gün də olsun  hər şeyinə sahib olduqları bu vətən torpaqlarının keşiyində durmayıblar. Bunun əvəzində isə Azərbaycanı dünyanın böyük dövlətlərində təbliğ etmək adı altında özlərini sığortalayıblar. 
 Məlumata görə, məmur övladlarının harınlığı ilə bağlı prezidentə təqdim olunan son hesabatda onların heç birinin Azərbaycan ordusunda xidmət keçmədiyi qeyd edilib. Prezident isə situasiyaya adekvat olaraq həmin harın məmur övladlarının hərbi xidmətə göndərilməsi barədə göstəriş verib. Bu göstəriş ən yüksək vəzifə tutan və qüdrətli nazir övladlarını da əhatə edəcək. Heç təsadüfi deyil ki, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da mayın 3-dəki bəyanatında bu barədə çox cəsarətlə danışıb. Ə.Həsənov indiyədək heç kimin eşitmədiyi belə bəyanat səsləndirib:
“Hərbi xidmətə gedənlərin sayı 4-5 dəfə artmalıdır. Fərarilik birdəfəlik ləğv olunmalıdır. Fərari oğlana qız vermək olmaz. Biz bu ənənənin əsasını qoymalıyıq. Prezident İlham Əliyev də Azərbaycan Ordusuna kifayət qədər diqqət və qayğı göstərir: Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən an işğal olunmuş torpaqları azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilər”. Gələn məlumatlara və Ə.Həsənovun dediyinə əsaslansaq iddia edə bilərik ki, yaxın vaxtlarda vəzifəli məmur övladları hərbi xidmətə göndəriləcəklər. Bu həm də “Yeni Müsavat”ın bir neçə gün əvvəl yazdığı kimi, bir növ hakimiyyətin “xalq açılımı”nın tərkib hissəsidir. Biz yaxın zamanlarda sorağı dünyanın paytaxtları sayılan Vaşinqtondan, Londondan, Parisdən gələn, lobbi fəaliyyəti ilə məşğul olduqlarını deyib lovğalanan, iri şirkət, varidat sahibi olan, dəbdəbəli həyatları ilə xalqda daim qıcıq oyadan məmur övladlarının səslərini və görüntülərini ön cəbhədən eşidə, görə bilərik. 
İndiki məqamda bu,  məmurlara verilən bir hərbi cəza kimi də qiymətləndirilir.
Mənbəmiz bildirir ki, bu məsələdə ayrı-seçkiliyə imkan tanınmayacaq. Əsgərlikdə olmayan bütün məmur balaları demək olar ki, zorla əsgər aparılacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam