Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda qoçuluq edən sürücü haqda araşdırma başladı - Polkovnik raport verdi

 

Bakıda ona yol verməyən şəxsi döyən sürücünün şəxsiyyətinin müəyyənləşməsi və məsuliyyətə cəlb edilməsi üçün araşdırmalara başlanılıb. 

Yenixeber.org: Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılması və tədbir görülməsi üçün raportla məruzə edib:

"Mənim tərəfimdən məlumat verilib, çox güman ki, nəticə ictimaiyyətə açıqlanacaq. Bu xoşəgələn hal deyil. Sürücülər təmkinli olmalı, bir-birinə hörmət etməli, kobudluq etməməlidirlər. Kimsə kiçik bir xəta etsə də, onun barəsində tədbirlər görülməsi üçün bizdə ən yüksək səviyyədə texniki vasitələr var". 

Qeyd edək ki, aprelin 26-sı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib. Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam