Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ƏN TEZ ÇİNDƏ, ƏN GEC HİNDİSTANDA... - Koronavirus karantini nə vaxt bitəcək? +Cədvəl

 

 Bəşəriyyəti ən çox düşündürən suallardan biri bütün dünya ölkələrinin normal həyatına son qoyan koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejiminin nə vaxt bitəcəyidir. Çünki bir neçə ölkə istisna olmaqla, bütün dünya karantindədir.

Yenixeber.org: Qərb mətbuatında nüfuzlu “Boston Consulting Group” beynəlxalq konsaltinq şirkətinin mütəxəssislərinin dünya ölkələrində karantin rejimlərinin bitmə tarixinə dair proqnozları açıqlanıb. Cədvəl şəkilndə təqdim olunan proqnozda koronavirusun əhatə etdiyi 20 əsas ölkədə pandemiya ilə bağlı karantinin başlanğıc, pik nöqtə və mümkün bitmə tarixləri göstərilir.

Mütəxəssislərin fikrincə, pandemiya və onunla bağlı karantin tədbirlərinin ilk bitdiyi ölkə Çin olacaq. Bunun da səbəbləri məlumdur. İlk olaraq məhz bu ölkədə aşkarlanan virusla bağlı hamıdan əvvəl sərt karantin tədbirləri həyata keçirilməyə başladı və əhali bu tədbirlərə ciddi riayət etdi. Və bütün mübahisələrə və şübhəli məqamlara rəğmən, Çin hökuməti artıq karantinin yumşaldılmasına, normal həyata dönüşə start verib.

Cədvəldən belə görünür ki, məsələn ABŞ, Almaniya və Rusiyada karantin tədbirləri təxminən eyni vaxtlarda, yəni iyunun ortalarından iyulun sonuna qədər başa çatdırılacaq. Hesab olunur ki, Rusiyada epidemiyanın pik nöqtəsi may ayının əvvəllərinə təsadüf edəcək. Ancaq Böyük Britaniyada bu müddət uzana, yayın sonuna qədər davam edə bilər. Çünki burada pik nöqtə mayın sonlarında gözlənilir.

Koronavirusun ən çox can aldığı İtaliyada pandemiyanın iyunun 2-ci həftəsindən iyulun əvvəlinədək tam səngiyəcəyi və karantinin götürüləcəyi güman olunur.

Ancaq Hindistanda, eləcə də Cənubi Amerika və Cənubi Afrika kimi regionlarda karantin müddətinin daha çox uzanacağı ehtimal olunur. Çünki bu regionlara aid ölkələrdə pandemiyanın ən çox vüsət alacağı dövrün iyun ayına təsadüf edəcəyi bildirilir.

Təəssüf ki, proqnoz bütün dünya ölkələrini əhatə etmir və Azərbaycanla yanaşı, Türkiyə, İran, eləcə də digər yaxın region ölkələrilə bağlı göstəricilərə yer verilməyib. Lakin əksər mütəxəssislər bizim regionda da pandemiyanın yay aylarında səngiyəcəyi və karantin tədbirlərinin yay bitməmiş aradan qalxacağını güman edirlər.

Qeyd edək ki, “Boston Consulting Group” bu proqnozları verərkən, pandemiyanın yayılma miqyası və sürətilə yanaşı, ayrı-ayrı ölkələrin səhiyyə sistemlərinin vəziyyəti, müalicənin effektivliyi, hökumətin gördüyü tədbirlər və s. amillərin nəzərə alındığını bildirir.(azpolitika)

Cəlal

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam